Kanada Azərbaycan Məktəbi 2026-cı il məzunlarını böyük qürur və sevinc hissi ilə təntənəli mərasimdə yola salıb
(®) Bu il Kanada Azərbaycan Məktəbinin məzunları Ontario Secondary School Diploma (OSSD) proqramını 95 faizdən yuxarı akademik göstərici ilə uğurla başa vuraraq beynəlxalq səviyyədə mühüm nailiyyətlər əldə ediblər. Onlar Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Kanada, İtaliya və Çexiyanın nüfuzlu ali təhsil müəssisələrinə Foundation proqramı keçmədən birbaşa bakalavr pilləsinə qəbul olunublar. Məzunlar maliyyə, beynəlxalq münasibətlər, biotibb elmləri, informasiya texnologiyaları, kompüter elmləri və süni intellekt, tibb, iqtisadiyyat və biznes, eləcə də stomatologiya kimi müasir və perspektivli ixtisaslar üzrə təhsillərini davam etdirəcəklər. Qəbul olduqları ölkələrdə 3 illik bakalavr təhsili qazanıblar.
2026-cı il məzunları aşağıdakı universitetlərə bir başa qəbul olunublar:
• The University of Edinburgh – Dentistry
• Queen Mary University of London – Finance
• University of Southampton – International Relations
• University of Birmingham – Biomedical Science
• University of Birmingham – Information Technology
• The University of Edinburgh – Computer Science and Artificial Intelligence
• Charles University – Faculty of Medicine
• University of Cassino and Southern Lazio – Economics and Business
Nəzərinizə çatdıraq ki OSSD diplomu ,İB,A-Level və İB dərcəsinə eyni malik olan diplomdur.
Məktəbdən bildirilib ki, əldə olunan nəticələr təhsil müəssisəsində tətbiq olunan beynəlxalq təhsil proqramının, yüksək ixtisaslı müəllim heyətinin peşəkarlığının, valideynlərin etimadının və şagirdlərin məqsədyönlü fəaliyyətinin göstəricisidir.
Qeyd edək ki, Kanada Azərbaycan Məktəbində şagirdlərə yalnız akademik biliklər deyil, eyni zamanda tənqidi düşünmə, analitik yanaşma, liderlik, elmi araşdırma və qlobal dünyagörüşü kimi XXI əsrin vacib bacarıqları da aşılanır. Məktəbin əsas məqsədi hər bir şagirdi dünyanın aparıcı universitetlərinə hazırlamaq və onların beynəlxalq səviyyədə uğurlu karyera qurmasına dəstək verməkdir.
Məzuniyyət mərasimində Kanadadakı tərəfdaş məktəbin direktoru David Stephen Oancia da iştirak edərək məzunlara diplomlarını təqdim etdi. Bildirilib ki, təqdim olunan diplomlar beynəlxalq səviyyədə tanınan təhsil sənədi olmaqla yanaşı, məzunların dünyanın aparıcı universitetlərinə və gələcək peşə həyatına inamla addımlamalarına geniş imkan yaradır.
Kanada Azərbaycan Məktəbində hesab edirlər ki, bugünkü məzunlar gələcəkdə müxtəlif ölkələrdə həkim, mühəndis, proqramçı, iqtisadçı, alim və lider kimi fəaliyyət göstərərək Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edəcəklər.
Sonda məktəb rəhbərliyi bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək hər birinə yeni uğurlar, möhkəm iradə və parlaq gələcək arzulayıb.
/ marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Elon Musk kimdir?
Green Card nədir və onu necə əldə etmək olar?
Mcdonalds françayzinqi neçiyədir?
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın ən varlı 10 adamı