Kapital Bank 2024-cü il üzrə mobil bankçılıq sıralamasında 1-ci yerdədir

Kapital Bank 2024-cü il üzrə mobil bankçılıq sıralamasında 1-ci yerdədir(®) Ölkənin birinci bankı Kapital Bank-ın Birbank mobil tətbiqi "Markswebb" konsaltinq və araşdırma şirkətinin "2024-cü il üzrə Azərbaycanın mobil bankçılıq sıralaması" siyahısında 1-ci yerə layiq görülüb. 
Araşdırmanın nəticələrinə görə, Birbank mobil tətbiqi geniş funksionallıq, ödəniş xidmətləri və innovativ yanaşmalar kimi müxtəlif kateqoriyalarda ölkə üzrə ilk  sırada qərarlaşıb. Xüsusilə Kapital Bank-ın son iki ildə əhəmiyyətli dərəcədə inkişaf etdiyi və yalnız Azərbaycanın bank sektorunda deyil, həm də Özbəkistan və Qazaxıstandakı banklarla rəqabətdə öndə olduğu da araşdırmada öz əksini tapıb. 
Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov sosial media hesablarında mövzuya münasibətini bildirib: "Böyük qürur hissi ilə bu xəbəri sizinlə bölüşürəm. Bankımız "Markswebb" konsaltinq və araşdırma şirkətinin "Mobile Banking Rank Азербайджан 2024" siyahısında 1-ci yerə layiq görüldü. Bu nailiyyət bankımızın müasir rəqəmsal xidmətlərdə lider mövqeyini bir daha təsdiqləyir və müştərilərimizə ən yüksək, keyfiyyətli mobil bankçılıq təcrübəsini təqdim etdiyimizi göstərir". 
Xatırladaq ki, Rusiya və MDB ölkələrində fəaliyyət göstərən "Markswebb" konsaltinq və araşdırma şirkəti maliyyə və bank sektorlarında məhsulların, eləcə də xidmətlərin istifadəçi təcrübəsini və effektivliyini analiz edir. Şirkət, maliyyə sektorunda, xüsusilə bankçılıq sahəsində rəqəmsal xidmətlərin inkişafını və optimallaşdırılmasını təmin etmək üçün dərin araşdırmalar aparır, qiymətləndirmələr həyata keçirir və strateji təkliflər verir.
Ətraflı məlumat üçün:
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. / marja.az

Banklar     Tarix: 09 iyul 2024

Oxşar xəbərlər

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb

"Kapital Bank" ASC 2026-cı ilin ilk yarısı üzrə işçi heyətinin rüblük dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin yanvarın 1-nə olan məlumata görə bankda

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

Türk İnkişaf Bankı yaradıla bilər

Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb. xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millə

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. -a bankdan verilən məlumata görə

"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, PaloAlto Firewall 2026 tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məluma

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi

Davr Bankın əsas nəzarət-səhm paketinin ABB-yə keçməsindən sonra Bankın beynəlxalq reytinqləri yüksəlməyə başlayıb. S&P beynəlxalq reytinq agentliyi Davr Bankın uzunmüddətli kredit reytinqini B pilləsindən B+ pilləsin


iqtisadi xeberler dollarin kursu bu gun investisiya biznes krediti rubl mezenne