Kapital Bank "Globee–Innovation Awards"dan qızıl mükafata layiq görüldü
®Ölkənin birinci bankı Kapital Bank müştəri məmnuniyyəti və xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi "Müştəriyönümlü transformasiya" layihəsi ilə beynəlxalq arenada növbəti böyük uğura imza atıb. Bank dünyanın ən nüfuzlu mükafat proqramlarından olan "Globee–Innovation Awards" tərəfindən "Customer Success–Outstanding Achievement of the Year" "Müştəri uğuru–İlin görkəmli nailiyyəti" kateqoriyasında qızıl mükafata layiq görülüb.
Bununla yanaşı, bank eyni kateqoriyada bütün beynəlxalq rəqibləri arasında ən yüksək balı toplayaraq "Best of Category"- "Kateqoriyanın ən yaxşısı" xüsusi mükafatını da qazanıb. Bu nailiyyət bankın müştəri təcrübəsini təkmilləşdirmək üçün tətbiq etdiyi innovativ yanaşmaların və həyata keçirdiyi uğurlu layihələrin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir.
Qeyd edək ki, 2003-cü ildən təşkil olunan və qlobal biznes ictimaiyyətində yüksək nüfuza malik olan "Globee Awards" proqramı müxtəlif sahələrdə innovasiya, liderlik və müştəri təcrübəsi kimi istiqamətlərdə əldə edilən üstün nailiyyətləri qiymətləndirir. Builki müsabiqədə 4 əsas və 1666 alt kateqoriya üzrə dünyanın müxtəlif ölkələrindən startaplar, KOBİ-lər, böyük şirkətlər və dövlət qurumları iştirak edib.
Kapital Bank-ın Bank Əməliyyatları Ofisinin lideri Məhəmməd İbrahimov qazanılan uğurla bağlı fikirlərini bölüşüb: "Biz "Müştəriyönümlü Transformasiya" layihəmizlə müştərilərimizə ən yüksək standartlara cavab verən, sürətli və şəffaf xidmət göstərməyi hədəfləyirdik. Beynəlxalq səviyyədə ən yaxşılar arasında seçilməyimiz, komandamızın peşəkarlığının və müştərilərimizə olan diqqətimizin nəticəsidir. Bu nailiyyət bizi gələcəkdə daha innovativ həllər tətbiq etməyə və müştəri məmnuniyyətini daha da yüksəltməyə ruhlandırır. Birlikdə daha böyük uğurlar qazanacağımıza inanıram".
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – . / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Swift nədir?
Elon Musk kimdir?
Dünyanın ən varlı 10 müğənnisi