Kapital Bank-ın 150 illiyinə həsr olunan lotereyada 150 000 AZN mükafatın sahibi bəlli oldu

Kapital Bank-ın 150 illiyinə həsr olunan lotereyada 150 000 AZN mükafatın sahibi bəlli oldu®Kapital Bank-ın 150 illik yubileyi münasibətilə Birbank taksit kartı sahibləri üçün  keçirilən lotereyanın 3-cü tirajı 15 oktyabr 2024-cü il tarixində yekunlaşıb. 10 iyul-30 sentyabr 2024-cü il tarixlərində edilən əməliyyatları əhatə edən tirajda 3334 nəfər qalib seçilib. Onlardan 2300 nəfər 5 AZN, 1000 nəfər 10 AZN dəyərində keşbek, 20 nəfər 100 AZN, 10 nəfər 500 AZN, 2 nəfər 1000 AZN, 1 nəfər isə 10 000 AZN pul mükafatı qazanıb. Loterayanın əsas mükafatı 150 000 AZN də final tirajda öz sahibini tapıb. 
Lotereya qaliblərinin siyahısı:
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Qeyd edək ki, final tirajında 1-ci və 2-ci tirajda qalib olmayan biletlər də iştirak edib. 10 iyul-30 sentyabr  2024-cü il tarixlərini əhatə edən lotereyada ümumilikdə 10 000 nəfər Birbank taksit kart sahibi qalib adını qazanıb. Onlardan  6900 nəfər 5 AZN, 3000 nəfər 10 AZN dəyərində keşbek, 60 nəfər 100 AZN, 30 nəfər 500 AZN, 6 nəfər 1000 AZN, 3 nəfər isə 10 000 AZN, 1 nəfər isə 150 000 AZN pul mükafatı qazanıb. 
Lotereyanın şərtlərinə əsasən Birbank taksit kartları ilə edilən hər 50 AZN və üzəri nağdlaşdırma, birdəfəlik ödəniş (POS-terminal, onlayn ödənişlər) və köçürmə əməliyyatları müştəriyə 1 bilet (lotereyada iştirak şansı) qazandırırdı. Taksit (ödəniş məbləğinin aylara faizsiz bölünməsi) və Ninja (əməliyyat məbləğinin aylara komissiya ilə bölünməsi) əməliyyatları zamanı isə kart sahibi hər 50 AZN üçün 10 bilet əldə edirdi. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — .   / banker.az

Banklar     Tarix: 16 oktyabr 2024

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler bitcoin biznes qurmaq biznes xeberleri 1000 manatla biznes