Kapital Bank-ın "Karyera Marafonu" yekunlaşdı
®Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan Kapital Bank-ın 24 iyun 2022-ci il tarixində ilk olaraq Gəncə şəhərindən start verdiyi "Karyera Marafonu"nun son görüş yeri Bakı oldu. Tədbir 20 dekabr 2022-ci il tarixində Azərbaycan Texniki Universitetində keçirildi. Mərasimdə bir çox özəl və dövlət qurumları, həmçinin universitetlərin məsul şəxsləri iştirak edib.
"Karyera Marafonu" Dövlət Məşğulluq Agentliyinin və Gənclərin İnkişafı və Karyera Mərkəzinin dəstəyi ilə keçirilib, özəl və dövlət qurumlarla sıx əməkdaşlıq edilib. Tədbir zamanı karyera sərgisi, kiçik müsahibələr, təlim və seminarlar, həmçinin müxtəlif workshop-lar keçirilib.
"Layihənin əsas məqsədi paytaxt və bölgələrdə yaşayan gənc istedadların kəşf edilməsi və onların peşəkar kadr kimi yetişdirilməsinə dəstək verməkdir. Layihə boyunca 9 şəhərdən, 1713 iştirakçı marafona qoşulub. Onlardan 321 nəfər müsahibələrdə iştirak edib, 42 nəfər iştirakçı təcrübə proqramına qoşularaq və ya iş təklifi alaraq Kapital Bank ailəsinin bir üzvü olub", – deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.
Məlumat üçün bildirək ki, Kapital Bank əməkdaşları sırasına qoşulmaq istəyən istedadlı, özünə güvənən və öyrənib-inkişaf etmək istəyən namizədlər üçün hazırda aktiv vakansiyalar mövcuddur. Müraciət etmək istəyən şəxslər portalına daxil olmaqla mövcud vakansiyalarla tanış ola bilərlər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , BirKart sifarişi üçün – .




/ banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Dropshipping nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Biznes təlimlər və tədris üsulları
Biznes nədir və hansı növləri var?