Kapital Bank-ın sponsorluğu ilə "Agile Azerbaijan International Summit-2024" keçiriləcək

Kapital Bank-ın sponsorluğu ilə ®Ölkənin birinci bankı Kapital Bank-ın sponsorluğu ilə 22 oktyabr 2024-cü il tarixində "Agile Azerbaijan International Summit-2024" ("Agile Azərbaycan Beynəlxalq Sammiti -2024") həyata keçiriləcək. Tədbir regionda Agile metodologiyalarına və onların müxtəlif sahələrdə, o cümlədən məhsul inkişafı və innovativ texnologiyalarda tətbiqinə həsr olunan ən böyük tədbirlərindən biridir. Sammitin builki əsas istiqamətləri "Agile-ın məhsulun inkişafı və idarə edilməsinə təsiri", eləcə də "Süni İntellekt (AI) və onun Agile yanaşmalarına inteqrasiyası" olacaq. Eyni zamanda tədbirdə Agile metodologiyalarına aid olan bir çox vacib mövzu müzakirə ediləcək.  
Məhsul inkişafında Agile — çevik yanaşmalar uğurlu məhsulların yaradılmasına necə kömək edir?
Süni İntellekt və Agile — AI inkişaf proseslərini və layihə idarəetməsini necə təkmilləşdirə bilər?
Agile metodologiyalarından istifadə edərək məhsulun həyat dövrünün idarə edilməsi praktikası
Sənaye liderlərinin təcrübə mübadiləsi — uğur hekayələri və praktiki nümunələr
Bundan əlavə sammitdə Agile, məhsul idarəetməsi və AI sahəsində dünya ekspertlərinin çıxışları, əsas mövzular üzrə praktiki təlimlər və panel müzakirələri, eləcə də təcrübə mübadiləsi və peşəkar əlaqələrin genişləndirilməsinə imkan yaradan sessiyalar həyata keçiriləcək. 
Ətraflı məlumat üçün:
Azərbaycanın maliyyə sektorunun liderlərindən olan Kapital Bank artıq 4 ildir ki, Agile metodologiyasını tətbiq edir və bu istiqamətdə böyük uğurlar əldə edib. Kapital Bank eyni zamanda ən böyük işəgötürən şirkətlərdən biri olaraq "Great Place to Work" ("Mükəmməl iş yeri") sertifikatına layiq görülüb. Qeyd edək ki, "Great Place to Work" beynəlxalq tədqiqat və konsaltinq şirkəti olaraq 5 qitədə, 60-dan çox ölkədə fəaliyyət göstərir və şirkətlərin işçiləri tərəfindən necə qiymətləndirildiyini, sektordakı yerini, eləcə də kommunikasiya strategiyalarını ölçərək ən yüksək nəticə əldə edən şirkətlərə eyniadlı sertifikatı təqdim edir.  
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün   saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 27 sentyabr 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler depozit faizleri internetden pul qazanmaq en son xeberler bitcoin