"Kapital Bank" istehlak krediti portfelini 3.14 mlrd. manata qaldırıb
"Kapital Bank" ASC-nin 2025-ci ilin sonuna olan müştərilərə verilmiş kreditlər üzrə ümumi portfeli 5 milyard 419.99 milyon manat təşkil edib.
Banker.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin sonundakı 5 milyard 211.21 milyon manatla müqayisədə 208.78 milyon manat və ya 4.01% artım deməkdir.
Hesabat dövrünün sonunda kredit portfelinin əsas hissəsini formalaşdıran istehlak kreditlərinin həcmi illik müqayisədə 196.31 milyon manat artaraq 3 milyard 135.75 milyon manata çatıb ki, bu da 6.68% yüksəliş deməkdir. Bankın istehlak kreditlərinin 3 milyard 35.48 milyon manatı təminatsız kreditlər təşkil edib. Bankın kredit kartları ilə verdiyi kreditlərin həcmi isə 719.53 milyon manat təşkil edib.
Biznes kreditləri üzrə portfel 1 milyard 693.25 milyon manat olub və ötən illə müqayisədə 26.79 milyon manat və ya 1.61% artım qeydə alınıb.
Daşınmaz əmlak kreditləri üzrə portfel isə illik müqayisədə 14.32 milyon manat azalaraq 590.99 milyon manata enib ki, bu da 2.37% azalma ilə xarakterizə olunur.
Qeyd edək ki, "Kapital Bank" 2025-ci ildə müştərilərə verdiyi kreditlər üzrə 950.97 milyon manat faiz gəliri əldə edib. Bu, 2024-cü ildəki 702.13 milyon manat ilə müqayisədə 35% çoxdur.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 adamı
SMM nə deməkdir?
Elon Musk kimdir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-5 bahalı geyim şirkətləri