Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur®İqtisadiyyat Nazirliyində "Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forum keçirilib. Rəqəmsallaşma ilə yanaşı, ağıllı qərar qəbuletmə mexanizmini təmin edən, məlumatlara söykənən və davamlı tərəqqini stimullaşdıran rəqəmsal ekosistemin qurulması istiqamətində həyata keçiriləcək layihələrin müzakirə olunduğu forumda vergi rekordçuları da elan olunub. Nəticədə ölkənin birinci bankı Kapital Bank Dövlət Vergi Xidməti tərəfindən növbəti dəfə "Qeyri-neft sektoru üzrə vergi rekordçusu" elan olunub. Bu nailiyyət bankın regionda maliyyə şəffaflığı, hesabatlılıq və dayanıqlı iqtisadi inkişafın əsas simalarından biri kimi mövqeyini daha da gücləndirib.
Qeyd edək ki, bu mükafat Azərbaycanın şəffaf və data-əsaslı rəqəmsal iqtisadiyyata doğru strateji keçidi ilə tam üst-üstə düşür. Dövlət Vergi Xidmətinin süni intellektə və proaktiv analitikaya əsaslanan idarəetmə modelinə keçid vizyonu, bankın maliyyə xidmətlərinə innovativ və texnologiya yönümlü yanaşmasını tamamlayır.
Bir ekosisteminin və Kapital Bank-ın Baş İcraçı Direktoru Fərid Hüseynov bankın ikinci dəfə bu mükafata layiq görülməsini şəffaflıq və korporativ məsuliyyət prinsiplərinin ən güclü göstəricisi adlandırıb. "Azərbaycan rəqəmsal və data-əsaslı iqtisadiyyata keçidin sürətləndiyi bir dövrdə Kapital Bank olaraq bu transformasiyanın ön sıralarında olmaqdan qürur duyuruq".
Qeyd edək ki, ölkənin aparıcı maliyyə institutlarından biri olan Kapital Bank uzun illərdir qeyri-neft sektorunun inkişafına dəstək verir və sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıran layihələr həyata keçirir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – . / banker.az

Banklar     Tarix: 07 mart 2026

Oxşar xəbərlər

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler internetden pul qazanmaq bitcoin kripto dollarin kursu bu gun