"Kapital Bank"ın səhmlərinə 63 investor müştəri çıxdı – Nizamnamə kapitalı 8% artırıldı
22-27 dekabr 2022-ci il tarixlərində ticarətə buraxılan "Kapital Bank" ASC-nin nominal dəyəri 12.39 manat olan AZ1003005159 dövlət qeydiyyat nömrəli, 19,999,999.95 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi Bakı Fond Birjasında yekunlaşmışdır.
Bu barədə Banker.az-a BFB-dən bildirilir.
Abunə yazılışı zamanı anderrayterə 63 investor tərəfindən 12.39 manat qiymətindən 66 sifariş təqdim edilmişdir.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 19,999,999.95 manat təşkil etmişdir.
Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 19,999,999.95 manat təşkil etmişdir.
Yerləşdirmə üzrə anderrayter "Paşa Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Xatırladaq ki, bankın hazırda nizamnamə kapitalı 245 849 999.85 manatdır.

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
McDonalds haqqında maraqlı faktlar
Necə Bitcoin almaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İban nədir?
Biznes nədir?