Kommersiya sirrini necə qorumalı?

Kommersiya sirrini necə qorumalı?Şirkətinizin gəlirinin artırılması məqsədiylə yeni tərtib etdiyiniz marketinq planı əməkdaşınız tərəfindən rəqib şirkətə sızdırılmış və bununla da potensial müştərilərinizi itirmiş olmusunuz. Çünki tətbiq etmək istədiyiniz yeni marketinq planı yeni müştəriləri sizin şirkətin cəlb edəcəyi yerdə, rəqib şirkət bu planı öyrənib, sizdən öncə tətbiq etmişdir.
Bu hal tanış gəlir? Bu kimi hallardan qorunmaq üçün şirkətiniz hansı qabaqlıyıcı tədbirləri görməlidir?
Bu suala cavab vermək üçün gəlin aşağıdakı məlumatlarla tanış olaq.
Hər bir kommersiya məqsədli hüquqi şəxs yaradılarkən məqsədi gəlir əldə etmək olur. Gəlir əldə etmək üçün xüsusi ilə də hazırki 4-cü sənayə inqilabı dövründə yenilikçi olmaq, bir sözlə zəmanəyə ayaq uydurmaq lazım gəlir. Bu zaman gəlir əldə etmək üçün öncədən planlaşdırdığınız fəaliyyət olur. Bu fəaliyyət planı kommersiya dəyəri daşıdığından, sizin bu cür məlumatlarınız kommersiya sirri hesab edilə bilər və siz bu cür məlumatları qorumağınız, başqaları tərəfindən əldə edilə bilməməsi üçün əməli addımlar atmalısınız. Azərbaycan Respublikasında kommersiya sirri ilə bağlı bir sıra hüquqi aktlar mövcuddur. Bunlardan ən əsası "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının qanunudur. Həmçinin bu qanunun tələblərinin pozulmasıyla bağlı həm mülki, həm inzibati həm də cinayət məsuliyyəti yaranması ilə bağlı müvafiq qanunvericlik aktlarında maddələr müəyyən edilmişdir.
Tövsiyyə olunur ki, bu hüquqi aktlara əsaslanaraq, kommersiya sirri sayıla biləcək məlumatlarınızın qorunması üçün şirkətinizdə kommersiya sirrinin qorunması rejimi" tətbiq edəsiniz. Bu rejimi tətbiq etmək aşağıdakı addımların atılması zəruridir:
Kommersiya sirri rejimi barədə əsasnamə və ya siyasət (prosedur, qayda, təlimat vəs. adlandırıla bilər) sənədi tərtib etmək;
Kommersiya sirri sayıla biləcək məlumatların siyahısını tərtib etmək. Bu siyahıdakı məlumatlar, "Kommersiya sirri haqqında" qanunun 3-cü maddəsində qeyd edilən meyarlara uyğun olmalıdır. Meyarlar bunlardır: (i) kommersiya dəyərinə malik olması (başqa şəxslərə məlum olmadığına görə fəaliyyət sahəsində üstünlük qazanmaq və mənfəət əldə etmək baxımından əhəmiyyətlidir, digər şəxslərə bütövlükdə, yaxud hissələrlə satıla, bağışlanıla, müqavilə əsasında, yaxud varislik qaydasında verilə bilər və s.); (ii) məlumatın məxfiliyinin qorunması məqsədilə sahibi tərəfindən hüquqi, təşkilati, texniki və digər tədbirlərin həyata keçirilməsi; (iii) bu məlumatların sərbəst əldə olunmasının qanuni əsaslarla məhdudlaşdırılması;
Həmin siyahını şirkətin əməkdaşları ilə tanış edib, tanış olması barədə qeyd aparmaq;
Kommersiya sirri qorunması barədə şirkət əməkdaşları ilə bağlanmış əmək müqaviləsində müvafiq şərtləri əlavə etmək və ya ayrıca razılaşma imzalamaq; (Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, işçinin əsas vəzifələrində biri işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamalıdır)
Əgər şirkətin kollektiv müqaviləsi varsa və kommersiya sirrinin yayılmasının qarşısını almaq məqsədiylə əlavə olaraq cərimə müəyyən etmək etmək istəyirsə, bu barədə kollektiv müqaviləyə müvafiq şərt əlavə edilə bilər. Əlavə olaraq, bildirək ki, kommersiya sirrinin pozulması kollektiv müqavilədə cərimə şərti olmasa belə, pozuntu nəticəsində şirkətə dəymiş ziyanı Əmək Məcəlləsinin 199.1.e maddəsinə əsasən işçidən tələb edə bilər. Qeyd etdyimiz cərimə kommersiya sirri rejiminin möhkəmləndirilməsinə xidmət edir.
Öz əməkdaşlarınızdan əlavə digər şirkət tərəfindən də əməkdaşlığınızdan yaranan məlumatların qorunması üçün həmin şirkətlə əməkdaşlığınızın rəsmiləşdiyi müqaviləyə müvafiq şərtlər əlavə edə və ya ayrıca məlumatların qorunmasına dair müqavilə bağlaya bilərsiniz.
Yuxarıda yazdıqlarımız kommersiya sirrinin qorunması üçün qabaqlayıcı tədbirlərdir. Hər bir hüquqi pozuntunun qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti olur, əsas məsələ həmin pozuntunun baş verməməsi üçün sizin gördüyünüz qabaqlayıcı tədbirlərdir. Necə deyərlər, "şərti şumda kəsin ki, xırmanda yabalayaşmayasınız". / banker.az

Maraqlı     Tarix: 07 dekabr 2022

Oxşar xəbərlər

Xaricdə təhsil alanlar üçün mühüm tarix – DİM imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixl

Cənubi Koreya süni intellektə 880 milyard dollar yatırır: bu investisiyalar ölkənin yüksək texnologiyalar lideri statusunu möhkəmləndirə biləcəkmi?

Cənubi Koreya süni intellekt və yarımkeçiricilərə böyük məbləğdə investisiya qoymağa hazırlaşır. "Üç meqalayihə" çərçivəsində 880 milyard dollarlıq sərmayə planı açıqlanıb. Ölkə artıq HBM də daxil olmaqla mühü

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Apple bu gün yeni iPhone-ları təqdim edəcək – İlk qatlanan iPhone da gözlənilir

Apple bu gün, 9 sentyabr 2026-cı il tarixində ilin ən çox gözlənilən təqdimatlarından birini keçirəcək. Şirkətin "Surprise and shine" şüarı ilə təşkil etdiyi xüsusi tədbir ABŞ-ın Kaliforniya ştatındakı Apple Park-d

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə


iqtisadi xeberler kripto internetden pul qazanmaq en son xeberler biznes krediti