"KredAqro" BOKT ötən ili mənfəət ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİ
"KredAqro" Bank Olmayan Kredit Təşkilatı 2022-ci ilin yekunlarına əsasən əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr göstərmiş və bazarda mövqeyini qoruyub saxlamışdır.
Təşkilatın yaydığı press-relizdə bildirilir ki, real sektorun dəstəklənməsi istiqamətində aktiv fəaliyyətlərini davam etdirən "KredAqro" BOKT MMC ötən ilin sonunu xalis mənfəətlə başa vurmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 105.14% artıma nail olmuşdur.
Qeyd edilib ki, 2022-ci ilin yekunlarına görə, "KredAqro" BOKT MMC-nin cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 17.64%, o cümlədən müştərilərə verilmiş kreditləri 17.59% artmışdır. Bu dövrdə əvvəlki ilin sonu ilə müqaisədə təşkilatın faiz gəlirləri 2 dəfə artmış, həmçinin digər müsbət göstərici olaraq gücləndirilmiş iş sayəsində problemli kreditlərin səviyyəsi 48% azalmışdır.
"Təşkilatın maliyyə göstəricilərinin ötən ilin analoji dövrü ilə müqaisədə əhəmiyyətli müsbət dinamikası qarşıdakı illərdə də bu tendensiyanı qoruyacağı və gəlirlərinin artacağından xəbər verir",- press-relizdə qeyd edilib.
2000-ci ildən etibarən fəaliyyət göstərən "KredAqro" BOKT MMC ölkənin müxtəlif regionlarında 11 satış nöqtəsi ilə müştərilərinin xidmətindədir və 22 illik təcrübəsi ərzində müxtəlif dövrlərdə BOKT-lar arasında top 3-lükdə yer almışdır. Təşkilat öz müştərilərinə biznes, şəxsi istehlak, kənd təsərüffatı, lizinq və lombard kreditlərini təklif edir. Müştərilərə göstərilən xidmətlərin keyfiyyətini müntəzəm olaraq yüksəldilməsi və bu xidmətlərin çeşid və əhatə dairəsinin genişləndirilməsi Təşkilatın əsas məqsədlərindən biridir.
"KredAqro" BOKT MMC-nin ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. "KredAqro" BOKT MMC–nin təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 4412134 Məlumat Mərkəzinə zəng edərək, habelə Təşkiatımızın rəsmi web səhifəsini və ya sosial şəbəkələrdəki (Facebook, Instagram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz. / marja.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
"Freelance" nədir?
Ev şəraitində pul qazanmağın yolları
Necə Bitcoin almaq olar?
Bitcoin necə işləyir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt