Kredit kartlarına limit qoyuldu – Yeni qaydalar kimlərə şamil edilir?

Kredit kartlarına limit qoyuldu – Yeni qaydalar kimlərə şamil edilir?Ötən həftə Mərkəzi Bank istehlak kredit kartları (kredit xətləri) üzrə borclanmanın daha məsuliyyətli və sağlam şəkildə həyata keçirilməsi məqsədilə tənzimləyici çərçivəni sərtləşdirib. Yeni qərara əsasən kredit xətləri vasitəsilə borclanmanın həddən artıq artmasının qarşısını almaq üçün limitlər tətbiq olunur.
Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır.
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli açıqlamasında bildirib ki, əvvəllər banklar kredit kartları üzrə limit müəyyən etmirdilər və bu vətəndaşlara istədikləri məbləğdə borc götürmək imkanı yaradırdı.
İqtisadçının sözlərinə görə, indi isə bu sahədə sərtləşdirmə tətbiq olunur və kredit kartı ilə verilə biləcək maksimum məbləğ vətəndaşın rəsmi aylıq gəlirinin 5 mislini keçə bilməz.
"Bu məhdudiyyət bütün banklardakı kredit kartları üzrə ümumi məbləğə şamil edilir. Yəni bir şəxs ümumilikdə yalnız gəlirinin 5 mislində borclana bilər. Əgər bank bu limitdən artıq kredit vermək istəyirsə bu artıq riskli kredit sayılır və belə kreditin məbləği bankın kapitalının 1%-dən çox ola bilməz".
O eyni zamanda qeyd edib ki, istehlak kreditləri sahəsində isə artıq uzun müddətdir limitlər mövcuddur və vətəndaşın aylıq kredit ödənişi onun rəsmi aylıq gəlirinin 45%-dən çox ola bilməz:
"Yalnız xüsusi hallarda bu hədd 70%-ə qədər yüksələ bilər. Məsələn 1000 manat aylıq gəliri olan şəxs üçün adi hallarda maksimum aylıq ödəniş 450 manat, xüsusi hallarda isə 700 manat təşkil edə bilər. Lakin banklar adətən bu cür yüksək riskli kreditlərdə maraqlı olmurlar. Hazırda isə kredit kartlarında boşluq olduğundan, bura limit qoyulub. Ancaq əlavə olaraq sərtləşmələrin tətbiq olunması gözlənilmir".
X.Kərimli sonda vurğulayıb ki, vətəndaşın hesabında depoziti varsa və ya girov təqdim edirsə bu zaman təqdim olunan kredit təminatlı sayılır və həmin kredit üçün 5 misli limit tətbiq edilmir. Yeni qaydalar isə yalnız təminatsız kreditlər şamil edilir. / banker.az

Banklar     Tarix: 04 avqust 2025

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti


iqtisadi xeberler rubl mezenne bitcoin birbank leobank kart