Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri açıqlanıb
Mərkəzi Bank tərəfindən 2024-cü ilin IV rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair keçirilmiş sorğunun nəticələri açıqlanıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin I rübündən etibarən həyata keçirilən sorğu cari rübdə daha da təkmilləşdirilib. Belə ki, kreditləşmə fəaliyyətindən əlavə olaraq bankların maliyyələşmə mənbələrinə dair suallar da sorğuya əlavə olunub.
Sorğu nəticələrinə əsasən, 2024-cü ilin IV rübündə biznes, ipoteka və istehlak portfellərinin hər biri üzrə bankların kreditləşmə siyasətində sərtləşmə, tələbdə isə artım müşahidə edilib. Sorğuya əsasən, banklar növbəti rübdə biznes, istehlak və ipoteka kreditləri üzrə kredit standartlarında, həmçinin biznes və istehlak kreditləri üzrə tələbdə dəyişiklik olmayacağı qənaətindədirlər. Bununla belə, respondentlər ipoteka kreditləri üzrə kredit tələbində artım olacağını gözləyirlər. Bankların cavablarına əsasən, maliyyələşmə mənbələrində fiziki və hüquqi şəxslərin müddətli depozitləri üzrə artım müşahidə olunub. Respondentlər növbəti rübdə fiziki və hüquqi şəxslərin müddətli və tələbli depozitlərində artım olacağını gözləyirlər. Sorğu nəticələrinə əsasən, banklararası rəqabətin artması şəraitində fiziki və hüquqi şəxslərin tələbli və müddətli depozitləri üzrə maliyyələşmə dəyərində artım müşahidə olunmuşdur. Banklar növbəti rübdə də eyni tendensiyanın davam edəcəyi qənaətindədirlər.
Qeyd edilib ki, sektorun kredit siyasətindəki dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.
2024-cü ilin IV rübü üzrə "Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri" ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Start-up nədir?
Onlayn biznes növləri
CV hazırlayarkən buraxılan 5 səhv
5 liderlik göstəricisi
İnvestisiyanın necə cəlb etmək olar?