Latviya kapitallı BOKT Azərbaycandakı ilk iki ilində kapital çatışmazlığı ilə üzləşib – Pullar hara gedib?

Latviya kapitallı BOKT Azərbaycandakı ilk iki ilində kapital çatışmazlığı ilə üzləşib – Pullar hara gedib?Latviya kapitallı bank olmayan kredit təşkilatı"SF Azerbaijan" MMC (Manato.az) 2022-ci ili də zərərlə bitirdi və hələ ki, əlindəki vəsaitləri tam olaraq əsas fəaliyyətinə yönəldə bilmədi, üstəlik borclar da böyüməkdədir.
Banker.az "SF Azerbaijan" BOKT-ın illik audit hesabatına istinad edir.
2021-ci ildəki 338 577 manat xalis zərərdən sonra 2022-ci ildə 400 684 manat zərər etməklə balansında yığılmış zərəri 739 261 manata yüksəlib. Səhmdarı BOKT-u təsis edərkən, ona 300 000 manat nizamnamə kapitalı ilə yaradıb və bu, AMB-nin qoyduğu minimal normativə uyğundur. Bu zərlərdən sonra BOKT-un kapitalında 439 261 manatlıq kəsr (defisit) yaranıb – kapital çatışmazlığı ilə üzləşib.
Adətən bu biznes ilk iki ili zərərlə bitirə bilirlər, lakin "SF Azerbaijan" BOKT-da kapital çatışmamazlığı onun növbəti illərdə səhmdarının yenidən cibinə əl atmağı labüd edir.
BOKT-un öncəki ildə də əlində pulu az olduğu üçün borca əl atmışdı. Tərəfdaşları tərəfindən verilən borcu son il 302 448 manatdan 573 639 manata yüksəlib.
Pullar hara gedir?
2021-ci ildə kredit təşkilatı pulları heç bir aktivə yatırmadığı üçün öncəki ildə gəlirdən məhrum idi. Lakin, 2022-ci ildə əlindəki vəsaitlərin 75 002 əmlak və avadanlıqlar alışına, 2 070 manatı müştərilərə kredit verib 7 284 mantı digər aktivlərə yönəldib və 50 022 manatı isə bank hesabında nağd pul kimi əlində saxlayıb.
Biznes fəaliyyətə yeni başladığı üçün cəmi 270 manat faiz gəliri və 15 387 manat məzənnə fərqindən gəlir əldə edib. Əvəzində 416 340 manatlıq inzibati və digər əməliyyat xərcləri ilə üzləşib və bunun da (248 121 manatı menecment xidməti ilə əlaqəlidir.
"SF Azerbaijan" BOKT 2021-ci ildə 300 000 manat nizamnamə kapitalı ilə Latviyanın Riqa şəhərində qeydiyyatda olan "Sun Finance Central Asia, AS" tərəfindən yaradılıb.
Manato.az (SF Azerbaijan) – bank kreditoru olmayan, gözlənilməz xərclərin yarandığı vəziyyətlərdə kredit təklif edən təşkilatdır. Təşkilat 1, 2 və 4 həftəlik kreditlər təklif edir. Məsələn, ilk müştəri oldğunuz təqdirdə bir aylıq 1000 manatlıq borc üçün 50 manat faiz borcu və üstəlik borcalanın üzərinə 120 manat komissiya ödənişi qoyur. Nəticədə, borcalan 50+120=170 manat bir aylıq borc üçün ödəniş məcburiyyəti ortaya çıxır. Bu komissiya təklif edilmədən bir bankın bir aya (diqqət: bir ilə yox) 17%-lik borc təklifidir.

Banklar     Tarix: 13 may 2023

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler bu gunun xeberleri investisiya dollar mezenne pul qazanmaq