Ləğv prosesində olan "Muğanbank" ASC-nin qorunan əmanətçilərinin diqqətinə
®Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2-3(103)-54/2023 qərarı ilə "Muğanbank" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.
Diqqətinizə çatdırırıq ki, LPO "Muğanbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinin yeri və vaxtı haqqında məlumat verilməsinə dair ilk bildiriş 01 noyabr 2023-cü il tarixdə KİV-lərdə dərc edilmişdir.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun tələblərinə əsasən LPO "Muğanbank" ASC-nin qorunan əmanətçiləri üçün bu müddət 01 noyabr 2024-cü il tarixdə bitir. Bildiririk ki, kompensasiyaların ödənilməsi "Kapitalbank" ASC və "ABB" ASC vasitəsilə həyata keçirilir.
Məlumat üçün bildiririk ki, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə sözügedən bir il müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 (beş) il müddətində saxlanılır.
Əlavə olaraq qeyd edirik ki, ötən ilin noyabr ayının 27-dən cari ilin oktyabr ayının 18-dək LPO "Muğanbank" ASC-nin 7434 əmanətçisinə 198,278,930.92 manat ekvivalentində (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənişi həyata keçirilmişdir. / banker.az

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
Bitkoin bahalaşıb - SON QİYMƏT
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
1000 manatla hansı biznesi qurmaq olar?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Az pulla hansı işi qurmaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət