Leobank ilə bağlı bəzi rəqəmlər və planlar açıqlandı - 1 MİLYONDAN ÇOX MÜŞTƏRİ
Bir milyondan çox vətəndaşımız artıq Leobank-ın müştərisidir.
Bu barədə Marja-ya "Unibank"dan bildirilib.
Bankdan həmçinin Leobank mobil bankçılıq xidməti ilə bağlı bəzi rəqəmlər və gələcək planlar barəsində məlumatlar verilib.
Belə ki, Leobank, 2021-ci ilin sonunda fəaliyyətə başlayıb. Leo müştəriləri ümumilikdə 12 milyard manatdan çox ödəniş, 200 milyondan çox əməliyyat həyata keçiriblər. Leo kartları üzrə kredit portfeli 200 milyon manatdan çox təşkil edib.
"Leobank bu il artıq sabit mənfəət əldə edib", - "Unibank"ın məlumatında deyilir. "Lakin biz müştərilərimizi demək olar ki, hər həftə təəccübləndirmək və sevindirmək üçün yeni məhsullarımızı və xidmətlərimizi təqdim etməyi planlaşdırırıq".
Son bir neçə ay ərzində Leobank, müştərilərinə səhm və kriptovalyuta sərmayə xidməti, abunə idarəetməsi (birbaşa Leo tətbiqində karta bağlı olan servisləri dayandırmaq imkanı), partnyor mağazalarda hissə-hissə ödəniş, partnyorlarda cashback qazanmaq imkanı və digər xidmətləri təqdim edib.
Leobank bir milyon müştəri ilə kifayətlənməyi planlaşdırmır.
"Unibank"dan bildirilib ki, "Leobank Bakıda böyük populyarlıq qazanıb, lakin paytaxtdan kənarda müştəriləri cəlb etmək üçün hələ çox işlər görülməlidir".
Bank rəhbərliyinin fikrincə, yaxın gələcəkdə "Leobank" bir sıra yeni məhsul və xidmətlər təqdim edəcək. Xüsusən də pullarını toplamaq istəyən müştərilər üçün rahat və sərfəli təkliflər olacaq. / marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Ev şəraitində pul qazanmağın yolları
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən zəngin idmançıları
Proqramçılar üçün TOP-5 Freelance sayt