Lizinq şirkəti BOKT yaradır
"Hermes Finance" Açıq Səhmdar Cəmiyyəti yeni bank olmayan kredit təşkilatı təsis edir.
Marja.az "Hermes Finance" ASC-nin açıqladığı insayd məlumata istinadən xəbər verir ki, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının qərarı ilə "Hermes Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması qərara alınıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlumata əsasən, qərar "Hermes Finance" ASC-nin 9 iyun 2026-cı il tarixində keçirilmiş ümumi yığıncağında qəbul edilib. Yeni yaradılacaq "Hermes Bank Olmayan Kredit Təşkilatı" MMC-də "Hermes Finance" ASC 100 faiz təsisçi paya malik olacaq.
Ümumi yığıncaqda, həmçinin yeni yaradılacaq MMC-nin nizamnamə layihəsi, nizamnamə kapitalı və inzibatçıların təyinatı ilə bağlı qərarlar qəbul edilib.
"Hermes Finance" ASC bəyan edib ki, yeni BOKT-un yaradılması şirkətin inkişaf strategiyasına uyğundur və gəlirliliyinin artmasına müsbət təsir göstərəcək.
Qeyd edək ki, "Hermes Finance" ASC-nin hüquqi və faktiki ünvanı Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, 8 Noyabr prospekti, ev 36-dır.
"Hermes Finance" ASC-nin baş direktoru Hamid Mirzayevdir.


Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
ZARA-nın uğur hekayəsi
Digital Card nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
SMM nə deməkdir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?