"M Bulak" BOKT-nin xalis mənfəəti bu xərclər səbəbindən azalıb – HESABAT

"M Bulak" Bank Olmayan Kredit Təşkilatı MMC 2022-ci il üzrə faiz gəlirlərinin artımına rəğmən xalis mənfəəti illik müqayisədə azalıb.
Banker.az bu barədə BOKT-nin illik audit hesabatına isdinad edir.
2022-ci ildə faiz gəlirləri illik müqayisədə 1.6 faiz artaraq 6 milyon 196 min manat təşkil edib. 2021-ci ildə faiz xərci etsə də, bu 2022-ci ildə sıfır olub.
Şirkətin mənfəətinə azaldıcı təsiri ümumi inzibati xərclərin öncəki ildən 2022-ci ildə daha çox olmasıdır. Hesabat ilində BOKT işçilərin əmək haqqı xərclərinə 2 milyon 350 min manat olub – bu 2021-ci ildə  1 milyon 187 min manat idi.
3 milyon 515 min manat mənfəət əldə edib, buradan isə 627 min manat mənfəət vergisi ödəyib və beləliklə 2 milyon 900 min manat xalis mənfəət edib. 2021-ci ildə onun xalis mənfəəti 3 milyon 89 min manat idi.
Bu xalis mənfəətdən sonra balansındakı bölüşdürülməmiş mənfəət 1 yanvar 2023-ci il tarixinə 8 milyon 859 min manat olub.
"M Bulak" BOKT-nin müştərilərə verdiyi kredit portfelinin həcmi illik müqayisədə 35 faiz artaraq 18 milyon 657 min manat olub. Cəmi aktivlər isə 19 milyon 448 min manat olub.
Öhdəliklərin həcmi 170 min manatdır.
19 milyon 278 min manatlıq cəmi kapitalın  10  milyon 478 min manatı nizamnamə kapitalı, 8 milyon 859 min manatı isə bölüşdürülməmiş mənfəətdir.
Xatırladaq ki, "M Bulak" 2005-ci ildən fəaliyyət göstərən "İnvest Kredit" MMC-nin bazasında 2011-ci ildə "Mol Bulak" adı ilə yaradılıb, 2020-ci ildə yenidən rebrendinq edib. BOKT-nin nizamnamə kapitalının  95.93% – Aleksey Kokarev və 4.07% – Babirjan Tolbayevə məxsudur. Bu barədə 2021-ci il üzrə audit hesabatında qeyd edilmişdi. 2021-ci ilə qədər BOKT-nin təsisçisi Qırğızıstanın mikromaliyyə investoru olan "Gascoyne Investment Ltd." şirkəti sayılırdı.

Banklar     Tarix: 04 aprel 2023

Oxşar xəbərlər

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld


iqtisadi xeberler valyuta mezennesi bu gunun xeberleri dollar kursu online pul qazanmaq