"Manatın dayanıqlığı haqqında heç bir şübhə olmamalıdır" – T.Kazımov

"Azərbaycanın valyuta bazarında, o cümlədən nağd valyuta bazarında təklif tələbi üstələyib".
Banker.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
"Biz bunu hər gün izləyirik. 9 ayın nəticələrinə əsasən, nağd valyuta bazarında təklif tələbi 230 milyon üstələyib. Yəni əhali daha çox xarici valyuta vəsaitlərini satıb, nəyinki alıb. Bu bizim üçün daha vacib göstəricidir. Çünki biz əhalinin gözləntilərini bu göstərici ilə qiymətləndirirk", — deyə T.Kazımov konfransda bildirir.
"Bu mənim hansısa emoisional fikirim deyil, Azərbaycan Manatına inamımın arxasında rəqəmlər və faktlar dayanır. İlk növbədə tək Taleh Kazımovun yox, əhalinin də Manata inamı artır. Birincisi – sentyabrda dollarlaşma səviyyəsi 29 faizə düşüb. Bizim hədəfimiz bu rəqəmi 20-25% ətrafında idarə etməkdir və bu, normaldır. Yəni dollarlaşma səviyyəsi 20-25% ətrafına düşərsə, bu, normaldır. Dollarlaşma səviyyəsi sıfır ola bilməz.
İkincisi – nağd bazarda olan əməliyyatlara baxsaq, təklif tələbi üstələyir, bu məbləğ olaraq yüksəkdir. 9 ayın nəticələrinə əsasən, nağd valyuta bazarında təklif tələbi 230 milyon üstələyib.
Üçüncü amil – ölkəmizin strateji valyuta ehtiyatları il ərzində 14,7% artaraq 81,5 milyard dollara çatıb. Bizim strateji valyuta ehtiyatlarımız geniş Manat kütləsini 3,7 dəfə üstələyir. Yəni, manatın dayanıqlığı haqqında heç bir şübhə olmamalıdır.
Dördücü amil – proqnozlarımıza görə cari əməliyyatlar balansı 2025-ci ilin və 2026-cı ilin sonlarında profistli olacaqdır. Yəni, bu tək mənim fikirim deyil, rəqəmlər və faktlardır.
Avropa Yenidənqurma və İnkişaf bankının (AYİB) manatla istiqrazlar buraxılışı da bunu göstərir ki, onlar da Azərbaycan iqtisadiyyatına, Manata inanırlar və Mərkəzi Bank tərəfindən həyata keçirilən pul siyasətini dəstəkləyirlər" – Mərkəzi Bankın sədri qeyd edib.

Banklar     Tarix: 22 oktyabr 2025

Oxşar xəbərlər

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler bitkoin almaq dollar manat kursu internetden pul qazanmaq biznes xeberleri