"Manato"nun sahibi və rəhbəri daha böyük məbləğdə cərimələndi
Mərkəzi Bank "SF Azerbaijan" BOKT MMC-nin (Manato brendi) və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.1.6-cı maddələrinə əsasən "SF Azerbaijan" Bank olmayan kredit təşkilatı MMC və onun vəzifəli şəxsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq 50 000 (əlli min) və 10 000 (on min) manat məbləğində cərimə edilmişdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ötən ilin Avqust ayında da Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq "SF Azerbaijan" BOKT MMC-nin vəzifəli şəxsi 2 000 (iki min) manat məbləğində cərimə edilmişdir.
"Manato" onlayn qısamüddətli kreditlər təklif edir. Krediti almaq üçün girov, zamin və ya iş yerindən gəlir haqqında arayış tələb olunmur. Digər bənzər xidmət tədarükçülərindən fərqli olaraq, "Manato" kredit müddətinin uzadılması üçün ödəniş müqabilində kreditin ödənilməsi möhlətini təqdim edir. Bundan başqa, 30 və ya 45 günlük müddətə 50 AZN-dən 500 AZN-dək istənilən məbləğdə kredit götürmək mümkündür. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Start-up nədir?
Onlayn biznes növləri
CV hazırlayarkən buraxılan 5 səhv
5 liderlik göstəricisi
İnvestisiyanın necə cəlb etmək olar?