Martda Türkiyədə Azərbaycan kapitalı ilə 60-dan çox şirkət - QEYDİYYATA ALINIB
2023-ci ilin mart ayında Türkiyədə Azərbaycan kapitalı ilə 69 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 şirkət çoxdur.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının artması ilə yanaşı, onların ümumi kapıtalı da artıb.
"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 70,5 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 18,5 milyon türk lirəsi təşkil edib"- deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin mart ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (59) qeydiyyata alınıb.
"İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 63,7 milyon türk lirəsi təşkil edib" – deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2023-cü ilin fevral ayında Türkiyədə Azərbaycan kapitalı ilə 37 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir. (Trend)

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ
PAŞA Bank ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF) beynəlxalq maliyyə əməkdaşlığını müzakirə edib
Azərbaycanın bu bankının Londonda filialının açılması müzakirə olunur
Tibbi sığortada yığımlar azalıb, ödənişlər 64 milyon manata yaxınlaşıb
Yaşam sığortasında ödənişlər yığımları keçib– 562 milyon manata çatıb
İnternet bankçılıq dövriyyəsi bir ayda 7,25 milyard manat azalıb
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
Sağalmaz xəstəliklərdən sığortaya maraq artıb – Yığımlar 2 dəfədən çox yüksəlib
"Meqa Həyat Sığorta" yığımlarını təxminən ikiqat artırıb
Xaricə gedənlərin sığortasına 712 min manat ödənilib - Səyahət sığortası üzrə ödənişlər 78% artıb
Biznes təlimlər və tədris üsulları
Onlayn biznes növləri
İlon Mask kimdir?
Dünyanın ən varlı 10 adamı
"iPhone 15" modelinin üstünlükləri