Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu üzv kimi qoşulub
Mərkəzi Bank sosial inkişafı və maliyyə inklüzivliyinin genişləndirilməsini dəstəkləmək məqsədilə maliyyə savadlılığının artırılması istiqamətində beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsini davam etdirir. Bu çərçivədə növbəti təşəbbüs Mərkəzi Bankın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə (İƏİTBMSŞ) tamhüquqlu üzv qismində qoşulması olub.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu üzvlük çərçivəsində Mərkəzi Bank şəbəkənin "Maliyyə savadlılığı standartları: tətbiqi və qiymətləndirilməsi", "Rəqəmsal maliyyə savadlılığı" və "Maliyyə savadlılığı və davamlı maliyyə" üzrə işçi qruplarında iştirak etmək, beynəlxalq səviyyədə hazırlanan siyasət sənədlərinin işlənməsi prosesinə birbaşa cəlb olunmaq, həmçinin mövcud siyasət sənədləri bazasına çıxış əldə etmək hüququ qazanıb. Bununla da, Mərkəzi Bank qabaqcıl təcrübələr və yanaşmalarla mütəmadi tanış olmaq imkanından yararlanacaq.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Qeyd edilənlər Mərkəzi Banka maliyyə savadlılığı proqramlarını beynəlxalq standartlara uyğun şəkildə tətbiq etməyə, məlumat əlçatanlığının təmin olunmasına və ümumilikdə maliyyə inklüzivliyinin genişləndirilməsinə töhfə verəcəkdir.
Qeyd edək ki, İƏİTBMSŞ dünyada maliyyə təhsili məsələləri üzrə tənzimləyicilər və digər iştirakçılar arasında əməkdaşlığı təşviq edən bir platformadır. Bu şəbəkə tərəfindən beynəlxalq səviyyədə müqayisə edilə bilən məlumatlar toplanır, siyasət təhlili aparılır və siyasət alətləri hazırlanır. / marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Swift nədir?
Elon Musk kimdir?
Dünyanın ən varlı 10 müğənnisi