Mərkəzi Bank faizləri "sərt mövqedə" saxlamaqda davam edəcəkmi?

Mərkəzi Bank faizləri Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsinə dair 2025-ci ilin ikinci qərarını verir. AMB artıq altı iclasdır ki, siyasət faizi ilə bağlı gözləmə mövqeyini seçir. Qərar 12 mart saat 11:00-da press-reliz kimi yayımlanmalıdır.
Banker.az xəbər verir ki, əsas mandatı qiymət tənzimlənməsi olan bu qurum hazırda uçot faiz dərəcəsini 7.25 faiz, dəhlizin aşağı həddini 6.25 faiz və yuxarı həddini isə 8.25 faizdə saxlayıb. AMB-nin hesablamaları göstərir ki, hazırkı faiz dəhlizi neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır.  Bu məntiqlə getsək, biz hələ sərt pul siyasəti həyata keçiririr.
2022-ci ildən bu tərəfə yeni rəhbərliklə requlyator bazarda faizlərin təsirsiz olmağından narahat görünür. Faizlərin bazarda təsirli olması üçün əlində olan bütün imkanları artıq səfərbər edib və görünən odur ki, bençmark faizinin bazarda təsirindən qismən razıdır, amma tam deyil.
Faiz dərəcəsi borc bazarında pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Faiz dərəcələri artdıqda kreditlərə tələb azalır, insanların banklara depozit qoymaq meyili güclənir. Çünki əmanətlər üzrə faizlər nağd pulu saxlamağın (bank sektorundan kənarda yığım etməyin) "alternativ xərci"dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə, məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır. Hazırda da Mərkəzi Bank faizləri hələ də sərt mövqedə saxlamaqdadır. Baxmayaraq ki, keçən il inflyasiya hədəf diapazonu olan 2%-6%-dən aşağı idi Mərkəzi Bank faizlərə toxunmadı.
AMB 2024-cü il üçün açıqladığı Pul siyasəti icmalında bildirilib ki,  keçən ilin dekabrında banklararası qısamüddətli (1-3 günlük) əməliyyatlar üzrə orta faiz dərəcəsi 7.68% olub. Bu, Mərkəzi Bankın müəyyən etdiyi faiz çərçivəsinin daxilindədir. Mərkəzi Bank bildirir ki, faizlər onun əsas qərarlarına yaxınlaşır və pul siyasətinin təsiri güclənir. Bu da depozit və kredit faizlərinə təsir göstərir.
1 aprel 2024-cü ildən Mərkəzi Bank hər gün rəsmi saytında 1 günlük faiz dərəcəsi (1D AZIR) haqqında məlumat paylaşmağa başlayıb. Bununla yanaşı, bankların girov qoyaraq borc götürdüyü repo bazarında da faizlər formalaşır. Dekabr ayında burada 1-3 günlük əməliyyatların orta faiz dərəcəsi 7.7%, 6-8 günlük əməliyyatların orta faiz dərəcəsi isə 7.8% olub. Hazırda pul bazarına əsas təsir  gücü olan məcburi ehtiyat normaları ilə əlaqəlidir. Bu əmsalların yüksəkdə qalması əksər iri bankları da depozit faizlərini yüksəkdə saxlamasına gətirdib çıxardıb.
2025-ci ilin inflyasiya yanvar proqnozu oktyabr proqnozuna nisbətən 0.3 faiz bəndi aşağı reviziya edilib. Bununla belə, cari ilin yanvarında ölkədə istehlak qiymətləri indeksi 5.5 faizə yüksəlib. Bu keçən ilin dekabrında 2.2 faiz idi. İlin ilk ayında qeydə alınan inflyasiya Mərkəzi Bankın hədəf çərçivəsinin üstə səviyyəsinə çox yaxındır. Belə olan şəraitdə Mərkəzi Bank faizlərlə bağlı faizləri sabit saxlamağı üstün tuta bilər.
Mərkəzi Bank faizləri

Banklar     Tarix: 10 mart 2025

Oxşar xəbərlər

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler bitkoin avtomobil xeberleri biznes xeberleri depozit faizleri