Mərkəzi Bank narazı vətəndaşları Sumqayıt və Yevlaxda da qəbul etməyə başlayıb

Mərkəzi Bank narazı vətəndaşları Sumqayıt və Yevlaxda da qəbul etməyə başlayıbAzərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının qəbulunun daha da effektiv həyata keçirilməsi məqsədi ilə müvafiq tədbirlər görülməkdədir.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, qeyd olunan tədbirlərdən biri də bölgələrdə yaşayan və nəzarət subyektləri ilə narazılıqları yaranan maliyyə xidmətləri istehlakçılarının Mərkəzi Bankın Bakı şəhərində yerləşən inzibati binasına yaxınlaşmadan müraciət etmək, o cümlədən istehlakçı məmnuniyyətinin yüksəldilməsi məqsədi ilə maliyyə xidmətləri istehlakçılarının qəbulunun Mərkəzi Bankın Sumqayıt və Yevlax şəhərlərində yerləşən ehtiyat mərkəzlərində də həyata keçirilməsi imkanının yaradılmasıdır.
Maliyyə xidmətləri istehlakçıları aidiyyəti üzrə Mərkəzi Bankın Sumqayıt Ehtiyat Mərkəzi (Sumqayıt şəhəri, 40-cı məhəllə, C.Cabbarlı küçəsi 1) və Yevlax Ehtiyat Mərkəzinə (Yevlax şəhəri, H.Əliyev prospekti 82) yaxınlaşmaqla müraciətlərini bildirə bilərlər.
Bundan öncə maliyyə xidmətləri istehlakçılarının qəbulunun Mərkəzi Bankın Quba, Biləsuvar və Gəncə şəhərlərində yerləşən regional mərkəzlərində də həyata keçirilməsi təmin olunmuşdur.
Məlumat üçün bildirilib ki, Bakı şəhərində maliyyə xidmətləri istehlakçılarının qəbulu Mərkəzi Bankın Bakı şəh., Bülbül pr. 27 ünvanında yerləşən inzibati binasında həyata keçirilir. Bundan əlavə, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə qəbul zamanı növbəliliyin avtomatlaşdırılması üçün Növbə İdarəetmə Sistemi yaradılmış və maliyyə xidmətləri istehlakçılarının istifadəsinə verilmişdir. Bununla yanaşı, növbənin Mərkəzi Bankın Bakı şəh., Bülbül pr. 27 ünvanında yerləşən inzibati binasına gəlmədən müvafiq internet səhifəsi (cbar.az) vasitəsilə onlayn şəkildə əldə edilməsi imkanı yaradılmışdır. Sözügedən xidmətdən yararlanmaq üçün maliyyə xidmətləri istehlakçıları www.randevu.e-cbar.az səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər.
Qəbulda iştirak edən maliyyə xidmətləri istehlakçılarının Mərkəzi Banka müraciət ünvanlaması üçün ərizə otağında ərizə formasının yerləşdirilməsi ilə yanaşı, onlara "QR-kod" vasitəsilə onlayn qaydada müraciət etmə imkanı yaradılmışdır. Qəbul otaqlarında qəbulda iştirak edən istehlakçıların mövcud sistem və qəbul prosesi barəsində təəssüratlarının öyrənilməsi, onların məmnuniyyət səviyyəsinin ölçülməsi, həmçinin icraçı və qəbulu həyata keçirən əməkdaşların vətəndaş qəbulu ilə bağlı fəaliyyətinin təhlili və dəyərləndirilməsi üçün onların skan edə biləcəyi "QR-kod" yerləşdirilmiş, həmçinin anket forması hazırlanmışdır.
Hər hansı sual yarandığı halda istehlakçılara Mərkəzi Bankın "966" nömrəli Qaynar xətti ilə əlaqə saxlamalarını tövsiyə olunur.
"Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi Mərkəzi Bankın prioritet məsələlərindən biridir və yaxın gələcəkdə bu sahədə strateji tədbirlər həyata keçiriləcəkdədir. Mərkəzi Bankın istehlakçıların müdafiəsi çərçivəsinin ən yaxşı beynəlxalq təcrübələrə uyğun olaraq gücləndirilməsi məqsədi ilə həyata keçirəcəyi tədbirlər barədə ictimaiyyətə əlavə məlumatlar veriləcəkdir",- Mərkəzi bankın məlumatında bildirilir.
Mərkəzi Bank narazı vətəndaşları Sumqayıt və Yevlaxda da qəbul etməyə başlayıb/ marja.az

Banklar     Tarix: 07 mart 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler dollar manat kursu dollar mezenne internetden pul qazanmaq dollarin kursu bu gun