Mərkəzi Bank oktyabrdan bazara "müdaxilə" siyasətini dəyişir
Cari ilin sentyabr ayından başlayaraq pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi, o cümlədən daimi imkan alətlərinin işə düşməsi və banklar tərəfindən məcburi ehtiyatların yeni normalara uyğun saxlanılması banklararası pul bazarında aktivləşməyə səbəb olmaqdadır.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirlir.
Bu dövrdə "Bloomberg" ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında 679 mln. manat məbləğində 59 ədəd əqd bağlanmışdır. Bu əqdlərin 97%-i qısa müddətlidir(1-3 günlük). Banklararası REPO bazarında isə 48 mln. manatlıq 21 əqd baş tutmuşdur ki, bunun da 52%-i 1 həftəlik (5-9 günlük) müddətədir.
Pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqində növbəti mərhələ Mərkəzi Bank tərəfindən müxtəlif çeşid və müddətlərdə açıq bazar əməliyyatlarının aparılmasıdır. Bu məqsədlə 2022-ci ilin oktyabr ayının 3-dən başlayaraq öncədən açıqlanan qrafik əsasında davamlı olaraq Mərkəzi Bankın 1, 3, 6, 9 aylıq qısamüddətli notlarının yerləşdirilməsi və zərurət yarandıqda 1 həftəlik REPO və əks-REPO əməliyyatları üzrə hərracların təşkili nəzərdə tutulur. Qrafik üzrə həftədə 4 hərrac olmaqla 1 və 3 aylıq not hərracları həftənin çərşənbə günü, 6 və 9 aylıq not hərracları isə cümə axşamı günü saat 11:00-11:30 intervalında keçiriləcəkdir. Not hərracları sabit həcmli bazar faizləri əsasında həyata keçiriləcəkdir. Notlarla aparılan əməliyyatlar həm təminatlı, həm də təminatsız banklararası pul bazarlarında faizlərin effektiv idarə edilməsinə imkan verəcək və qısamüddətli gəlirlilik əyrisinin formalaşmasını dəstəkləyəcəkdir.
Hərraclarda təklifin həcmi pul bazarındakı vəziyyətdən və bank sisteminin likvidlik mövqeyinə dair qısamüddətli proqnozlardan asılı olaraq çevik tənzimlənəcəkdir.
Hərracların parametrləri barədə bazar iştirakçılarına qabaqcadan məlumatlar veriləcəkdir.

Azərbaycanda ən az əmanət qoyulan bank - MƏLUM OLDU
DTX: Terror təşkilatları kriptovalyuta ilə maliyyələşdirilib
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Avropadan Azərbaycana pul köçürmələri 56% artıb
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı
"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"
"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb
"Sizin Lombard" ödənişləri "M10"-da ®
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Onlayn biznes növləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
"iPhone 15" modelinin üstünlükləri