Mərkəzi Bank sabah faiz qərarı verir: gözlənti nədir?

Mərkəzi Bank sabah faiz qərarı verir: gözlənti nədir?Azərbaycan Respublikasının Mərkəzi Bankı sabah – 10 dekabr 2025-ci il saat 11:00-da faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq.  Banker.az xəbər verir ki, AMB-nin İdarə Heyətinin qərarı barədə press-reliz rəsmi kanallarda ictimaiyyətə təqdim olunacaq. Bu tənzimləyicinin son iclasıdır.
Qeyd edək ki, Mərkəzi Bank sonuncu dəfə oktyabr ayındakı iclasında uçot dərəcəsini 7%, faiz dəhlizinin aşağı həddini 6%, yuxarı həddini isə 8% səviyyəsində dəyişməz saxlamışdı. Həmin qərar faktiki və gözlənilən inflyasiyanın hədəf intervalı (2–6%), beynəlxalq iqtisadi vəziyyət, daxili makroiqtisadi göstəricilər və pul siyasətinin real sektora ötürülmə mexanizmləri nəzərə alınaraq verilmişdi.Mərkəzi Bank sabah faiz qərarı verir: gözlənti nədir?Oktyabr iclası əvvəlki aylarla müqayisədə daha ehtiyatlı tonla yadda qalmışdı. AMB bəyan etmişdi ki, inflyasiya üzrə risklər balansında ciddi dəyişiklik yoxdur və pul siyasəti "ehtiyatlı müşahidə rejimində" davam edir. Bu, Mərkəzi Bankın iyul və sentyabr aylarında nümayiş etdirdiyi daha neytral və qismən yumşaldıcı yanaşmadan fərqlənirdi. İyulda inflyasiyanın "proqnozla uyğun", sentyabrda "proqnoz trayektoriyasına yaxın" olduğu vurğulanmışdısa, oktyabrda vəziyyət "proqnozla uzlaşır, lakin təklif amilləri ilə yuxarı risk var" kimi qiymətləndirilmişdi.
Son məlumatlara əsasən oktyabr ayında aylıq inflyasiya 0.5%-ə, illik 5.9%-ə yüksəlmiş, orta illik göstərici isə 6.9% təşkil edib. Hazırda illik inflyasiyanın yuxarı həddi Mərkəzi Bankın hədəf çərçivəsinin tavan həddidir. Adətən bu həddi keçdiyi halda mərkəzi banklar pul kredit siyasətində sərtləşməyə meyilli olurlar. Əlavə olaraq uçot faiz dərəcəsi ilə illik inflyasiya arasındakı spred və ya fərq daralıb. İndiki halda tənzimləyici müşahidə mövqeyində çıxış etməsi daha real variant kimi görünür.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2025-2028-ci illərdə Azərbaycanda orta illik inflyasiyanın yavaşlayacağını proqnozlaşdırır. S&P-nin proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-dən 5,7 %-ə qədər sürətlənəcək. Lakin, 2026-cı ildə inflyasiya 4,7 %-ə, 2027-ci ildə 4,4 %-ə, 2028-ci ildə isə 4 %-ə qədər enəcək.
Mərkəzi Bank sabah faiz qərarı verir: gözlənti nədir?Azərbaycanın İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkədə orta illik inflyasiya 5,4 %, 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci ilin oktyabr ayı) əsasən, cari ildə inflyasiya 6 % həddində, 2026-cı ildə isə təxminən 5,7 % olacaq.
"ING Group" 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 5,7 %, 2026-cı ildə 5,7 %, 2027-ci ildə isə 8,9 % olacağını proqnozlaşdırır.
BMT 2025-ci ildə Azərbaycanda inflyasiyanı 3,6 %, gələn il isə 3,1 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % olacağını gözləyir.
Asiya İnkişaf Bankı 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 4,2 %, 2026-cı ildə isə 3,5 % olacağını proqnozlaşdırır.
"Moody"s" beynəlxalq reytinq agentliyi Azərbaycanda orta illik inflyasiyanın cari və növbəti illərdə müvafiq olaraq 4 % və 3 %, "Fitch Ratings" 2025-ci ildə 5,3 %, 2026-cı ildə 4,6 %, "Fitch Solutions" 2025-ci ildə 5,7 %, 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində olacağını proqnozlaşdırır.
Xatırladaq ki, AMB-nin inflyasiya proqnozları da bir qədər yenilənmiş, 2025-ci il üzrə illik inflyasiya gözləntisi 6%-ə, 2026-cı il üçün isə 5.7%-ə yüksəldilmişdi. Proqnozdakı dəyişikliklər əsasən təklif yönlü amillərlə izah olunurdu.

Banklar     Tarix: 10 dekabr 2025

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler biznes qurmaq kicik biznes investisiya 1000 manatla biznes