Mərkəzi Bank tərəfindən yoxlama prosesləri avtomatlaşdırılıb
Mərkəzi Bank tərəfindən nəzarət proseslərinin təkmilləşdirilməsi məqsədilə "SupTech" (nəzarət texnologiyaları) həllərinin tətbiqinə əsaslanan "Nəzarət yoxlamalarının idarə edilməsi" layihəsi uğurla həyata keçirilib.
Bnakın yaydığı məlumatda bildirilir ki, "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində həyata keçirilmiş bu layihənin məqsədi nəzarət yoxlamalarının idarə edilməsi üçün xüsusi bir platforma tətbiq edərək yoxlamaların planlaşdırılmasını, aparılmasını və nəticələrinin izlənilməsini tam avtomatlaşdırmaq, məlumatları vahid bazada toplamaq və risk əsaslı nəzarət metodunu effektiv şəkildə həyata keçirmək olub.
Qeyd edilib ki, görülən işlər çərçivəsində maliyyə institutlarına nəzarəti həyata keçirən Mərkəzi Bankın aidiyyəti departamentləri öz yoxlama funksiyalarının effektiv icrası üçün müvafiq proqram təminatı ilə təmin edilib. Yoxlamaların bu proqram təminatı vasitəsilə aparılması proseslərin risk əsaslı prioritetləşdirilməsinə, yoxlama planlarının daha effektiv tərtib edilməsinə və maliyyə institutlarına verilmiş göstərişlərin icra vəziyyətinin operativ izlənilməsinə imkan verib.
Eyni zamanda, avtomatlaşdırma çərçivəsində yoxlama prosedurlarının standartlaşdırılması, yoxlama hesabatlarının öncədən müəyyən edilmiş formalara uyğun olaraq daha qısa müddət ərzində tərtib edilməsi və bütün məlumatların vahid elektron məlumat bazasında saxlanılması mümkün olub. / marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İban nədir?
Onlayn biznes növləri
Hazır bizneslərdə ən çox edilən 5 səhv