Mərkəzi bankçılığın 105 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTOLAR

Mərkəzi bankçılığın 105 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTOLARAzərbaycanda mərkəzi bankçılığın yaranmasının 105 illik yubileyi münasibətilə Mərkəzi Bank tərəfindən tədbir keçirilib.
Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Bankın kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Ziyarət iştirakçıları tərəfindən Ulu öndərin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmətlə yad edilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib.
Sonra Bankın rəhbərliyi və kollektivi tərəfindən Şəhidlər xiyabanında vətənimizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin məzarlarına və "Əbədi Məşəl" abidəsinin önünə gül dəstələri düzülüb və əziz xatirələri yad edilib.
Həmçinin Mərkəzi Bankın inzibati binasında Ulu öndərin büstü qarşısına əklil qoyulub və Bankın əməkdaşlarının iştirakı ilə 105 illik yubileyə həsr olunan görüş keçirilib. Dövlət Himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiram bir dəqiqəlik sükutla ifadə olunub.
Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov uzun inkişaf yolu keçmiş mərkəzi bankçılığın tarixindən bəhs edərək, müstəqillik əldə etdikdən sonra ölkəmizdə bank-maliyyə sistemində Ulu öndər Heydər Əliyevin uzaq hədəflərə hesablanmış islahatlarının bu gün də tərəqqiyə mühüm töhfə verdiyini vurğulayıb. O, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin maliyyə sektorunun keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatdırılması üçün kompleks islahatların uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Sədr Bankın bütün əməkdaşlarının həyata keçirilən islahatlarda fəal iştirakını xüsusi qeyd edərək bundan sonra da qarşıya qoyulan məqsədlərin icrasında uğurlar arzu edib.
Mərkəzi Bankın sədri çıxışı zamanı görüşdə iştirak edən və uzun müddət Mərkəzi Bankda çalışmış əməkdaşlara təşkilatın və sektorun inkişafına verdikləri töhfəyə görə təşəkkürünü bildirib.
Mərkəzi bankçılığın 105 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTOLARMərkəzi bankçılığın 105 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTOLARMərkəzi bankçılığın 105 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTOLARMərkəzi bankçılığın 105 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTOLARMərkəzi bankçılığın 105 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTOLARMərkəzi bankçılığın 105 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTOLARMərkəzi bankçılığın 105 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTOLARMərkəzi bankçılığın 105 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTOLARMərkəzi bankçılığın 105 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTOLAR/ marja.az

Banklar     Tarix: 01 oktyabr 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler depozit faizleri internetden pul qazanmaq en son xeberler bitcoin