Mərkəzi Bankın AniPay-i ilə aparılan əməliyyatların həcmi ilk 9 ayda ₼833 milyona çatıb
Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sistemi (AniPay) ilə aparılan əməliyyatlar ilin ilk doqquz ayında 833 milyon manata yüksəlib.
Bunu Banker.az AMB-nin statistik bülleteninə istinad edir.
Məlumata əsasən, AniPay ilə aparılan əməliyyatlar illik müqayisədə 460 milyon manat və ya 2.2 dəfə artımış olub.
AniPay – Mərkəzi Bank tərəfindən yaradılmış və fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına imkan verən sistemdir. Bu sistemindən "AniPay" mobil tətbiqi və ya müştərisi olduğunuz bankın internet bankçılıq xidməti vasitəsilə qeydiyyatdan keçib istifadə edə bilərsiniz. Siz FİN-i və ya mobil telefon nömrənizi daimi istifadə etdiyiniz bank hesabınızla əlaqələndirib "AniPay"-də qeydiyyatdan keçə bilərsiniz. "AniPay"-yə qoşulmaq ödənişsizdir və əməliyyat aparmaq yalnız manat ilə mümkündür. Əməliyyat sayına limit tətbiq edilmir. Büdcə, kommunal, rabitə, cərimə, sığorta və digər ödənişlərin vahid platformadan toplanılmasının təmin edilməsi məqsədilə yaradılmış Hökumət Ödəniş Portalı (HÖP) da "AniPay"-yə inteqrasiya edilib.

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Françayzinq nədir və necə olur?
Yatırım olmadan necə biznes qurmaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Dünyada ən çox oxunan 5 kitab
Shopify-da necə satışa başlamaq olar?