Mərkəzi Bankın rəhbərliyi ilə Kapital Bazarının İnkişafı üzrə işçi qrupunun görüşü keçirilib
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), növbəlilik prinsipinə əsasən 2024-cü ildə qəbul etdiyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Kapital Bazarı Tənzimləyiciləri Forumunun Kapital Bazarının İnkişafı üzrə işçi qrupuna sədrliyini 2025-ci ildə də davam etdirib.
Biznes.az xəbər verir ki, sədrlik çərçivəsində üzv dövlətlərlə kapital bazarının inkişafına dair təhlillər aparılır və müvafiq siyasət tövsiyələri hazırlanıb.
AMB-dən verilən məlumata görə, 2024-cü ildə işçi qrupun təşəbbüsü ilə "Sukuk bazarının inkişafı və yaşıl sukuk təşəbbüsləri" mövzusunda hesabat hazırlanıb. Bu istiqamətdə irəli sürülən təşəbbüslərin davamı olaraq 2025-ci il üçün fəaliyyət mövzusu "Azərbaycanda Sukukun tətbiqi üçün hüquqi və tənzimləyici şərtlər: xarici təcrübə, tənzimləyici boşluqlar və islahatlara ehtiyac" kimi müəyyən edilib. Mövzu üzrə aparılmış araşdırmanın nəticələri 14-cü İllik COMCEC Kapital Bazarı Tənzimləyiciləri Forumunda müzakirə olunub və AMB-nin Kapital bazarları fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin nümayəndəsi tərəfindən təqdimat keçirilib.
Qeyd edək ki, bu fəaliyyət AMB-nin İdarə Heyəti tərəfindən təsdiq edilmiş "2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası"nda müəyyənləşdirilmiş kapital bazarları istiqaməti üzrə təşəbbüslərə uyğun olaraq investisiya alətlərinin çeşidinin artırılması və İslam maliyyəsi aləti olan Sukuk kimi yeni maliyyə məhsullarının təşviqinə xidmət edir.

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Shopify-da necə satışa başlamaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyada ən çox oxunan 5 kitab
Milyonlar qazandıran qəribə biznes ideyaları
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?