Mərkəzi Bankın sədrinə müşavir təyin edildi

Mərkəzi Bankın sədrinə müşavir təyin edildiAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımova yeni müşavir təyin edilib.
Banker.az-ın əldə etdiyi məlumata görə sədrin əmri ilə, Vüqar Fərman oğlu Əliyev Mərkəzi Bankın sədrinin müşaviri  təyin edilib.
1976-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1997-ci ildə Bakı Dövlət Universitetini "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr, 1999-cu ildə həmin universiteti "Beynəlxalq hüquq" ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.
2004-cü ildə Böyük Britaniyanın "Association of Chartered Certified Accountants" (ACCA) təşkilatının həqiqi üzvü, 2009-cu ildə həmin Assosiasiyanın fəxri üzvü (FCCA) adına layiq görülmüşdür.
2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "Hüquq elmləri namizədi" alimlik dərəcəsi almışdır.
Əmək fəaliyyətinə 1995-ci ildə ingilis dili tərcüməçisi vəzifəsində başlamışdır.
1996-cı ildə "Price Waterhouse" Azərbaycan şirkətində audit üzrə köməkçi, 1998-ci ildə "PricewaterhouseCoopers" Azərbaycan şirkətində audit üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir.
1999-cu ildə "PricewaterhouseCoopers" Türkiyə, İstanbul ofisində biznes üzrə məsləhət xidmətləri şöbəsində baş mütəxəssis vəzifəsini icra etmişdir.
2000-ci ildə "PricewaterhouseCoopers" Azərbaycan şirkətində Audit və biznes üzrə məsləhət xidmətləri şöbəsinin meneceri, 2003-cü ildə baş meneceri, 2006-cı ildə isə direktoru vəzifəsinə təyin edilmişdir.
2006-2009-cu illərdə "PricewaterhouseCoopers" Rusiya şirkətində Audit və biznes üzrə məsləhət xidmətləri şöbəsinin direktoru və Rusiyanın şimal-qərb regionu üzrə Maliyyə sektorunun Lideri vəzifəsini icra etmişdir.
2009-cu ildə "PricewaterhouseCoopers Central and Eastern Europe" şirkətinin Partnyoru vəzifəsinə təyin edilmiş və 2009-2011-ci illərdə "PricewaterhouseCoopers" Azərbaycan şirkətinin rəhbərlərindən biri və Qafqaz regionu üzrə Maliyyə sektorunun Lideri vəzifəsini icra etmişdir.
2011-ci ildə "KPMG CIS" şirkətinin Partnyoru və "KPMG" Azərbaycan şirkətinin İdarəedici partnyoru vəzifələrinə təyin edilmişdir. 2018–2022-ci illərdə "KPMG" Azərbaycan şirkətinin biznesin inkişafı üzrə partnyoru vəzifəsində çalışmışdır.
2016-2022-ci illərdə "KPMG"-nin Rusiya şirkətində Partnyor, Rusiya və digər MDB ölkələri üzrə Maliyyə sektorunun Lideri və KPMG Rusiyanın Management Consulting bölümünün Rəhbəri vəzifələrini icra etmişdir.
2023-cü ilin aprel ayından Mərkəzi Bankın Sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Ailəlidir, iki övladı var.

Banklar     Tarix: 17 may 2023

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler bu gunun xeberleri investisiya dollar mezenne pul qazanmaq