Meyvə-tərəvəz idxal edənlər vergi orqanına xüsusi forma təqdim etməli olacaqlar

Meyvə-tərəvəz idxal edənlər vergi orqanına xüsusi forma təqdim etməli olacaqlarXəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsi Milli Məclisdə müzakirə olunur.
Marja.az-ın məlumatına görə,  "Bizcon Audit" MMC-nin direktor-auditoru Anar Bayramov bildirib ki, 2024-cü ildən Vergi Məcəlləsində nəzərdə tutulmuş dəyişikliyə əsasən kənd təsərrüfatı məhsullarının satışı ƏDV-yə yeni qaydada cəlb ediləcək.
"2024-ci ildən Vergi Məcəlləsinə nəzərdə tutulmuş dəyişikliyə əsasən kənd təsərrüfatı məhsullarını idxal edərək topdan və pərakəndə qaydada satışını həyata keçirən şəxslər üçün ƏDV hesablanması əvvəlki illərdə olduğu kimi ümumi dövriyyədən olacaq. Məlumdur ki, mövcud qanunvericiliyə əsasən kənd təsərrüfatı mallarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanır və eyni zamanda alışlar, o cümlədən idxal zamanı ödənilən ƏDV məbləği əvəzləşdirilmir. Bu metodla satışın ƏDV-yə yalnız ticarət əlavəsi hissəsinin cəlb edilməsi belə, bu bir çox hallarda sahibkarlar üçün ciddi şəkildə maliyyə itkisinə gətirib çıxarırdı. Belə ki, vergi ödəyiciləri idxal zamanı statistik dəyərdən hesablanmış daha artıq ƏDV məbləğini əvəzləşdirə bilmirdilər və beləliklə də onların vergi xərcləri yüksək olur. Lakin nəzərdə tutulmuş dəyişikliyə əsasən artıq növbəti ildən vergi ödəyicisinin hüququ var ki, kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan şəxslər idxalda ödədikləri ƏDV məbləğini tam əvəzləşdirəcəklər və satışdan ƏDV məbləği dövriyyədən tam hesablanacaq. Bunun üçün 2024-cü il yanvar ayıınn 1-dən kənd təsərrüfatı məhsulu idxal edəcəkləri tarixədək vergi orqanınına xüsusi məlumat forması təqdim etməlidir. Əksi təqdirdə ƏDV mövcud qanunvericiliyə əsasən ticarət əlavəsindən hesablanacaq və idxalda ödənilən ƏDV-ni əvəzlğşdirə bilməyəcək", -  Bayramov məlumat verib.

Maliyyə     Tarix: 21 noyabr 2023

Oxşar xəbərlər

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc


iqtisadi xeberler depozit faizleri internetden pul qazanmaq en son xeberler bitcoin