Microsoft-un xalis mənfəəti azalıb
Oktyabr-dekabr dövrünü maliyyə təqvimində ikinci rüb kimi qəbul edən Microsoft, balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəlirləri ötən ilin oktyabr-dekabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 52,7 milyard dollara çatıb. Microsoft 2021-ci ilin oktyabr-dekabr dövründə 51,7 milyard dollar gəlir əldə edib.
Şirkət bu dövrdə 2016-cı ilin iyununda başa çatan rübdən bəri ən aşağı gəlir artımını qeyd edib.
"Microsoft"un xalis mənfəəti eyni dövrdə 12 faiz azalaraq 16,4 milyard dollar olub. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 18,8 milyard dollar olub.
Şirkətin səhm üzrə mənfəəti də bu müddət ərzində 2,48 dollardan 2,20 dollara qədər azalıb.
10.000 işçini ixtisar edəcəyini açıqlayıb
Microsoft, keçən həftə 10,000 işçisini işdən çıxaracağını elan edərək, şirkətin son 8 ildə ən böyük ixtisar qərarını verib.
Microsoft Baş İcraçı Direktoru (CEO) Satya Nadella xərcləri optimallaşdırdıqlarını bildirib: "Hər sektorda və coğrafiyada təşkilatların ehtiyatlı davrandıqlarını görürük. Dünyanın bəzi hissələri tənəzzül içindədir, digər regionlar isə tənəzzülü gözləyir". / marja.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Marketinq nə demədir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes təlimlər və tədris üsulları