"Moody"s" və "S&P" Kapital Bank-ın reytinqlərini təsdiqləyib və bankın perspektivini müsbət qiymətləndiri
®5 iyul 2024-cü il tarixində "Moody"s" beynəlxalq reytinq agentliyinin yayımladığı son hesabatda ölkənin uzunmüddətli kredit reytinqi proqnozu "sabit"dən "müsbət"ə yüksələrək "Ba1" səviyyəsində qiymətləndirilib və ölkənin makro iqtisadi göstəricisinin yüksəldiyi qeyd olunub.
Agentlik, həmçinin ölkənin birinci bankı Kapital Bank-ın yerli və xarici valyutada uzunmüddətli depozit reytinq proqnozunu "sabit"dən "müsbət"ə dəyişməklə "Ba2" səviyyəsində təsdiq edib. Onu da qeyd etmək lazımdır ki, bankın Əsas Kredit (BCA) qiymətləndirməsi üzrə reytinqi "Ba3" səviyyəsində və Uzunmüddətli Kontragent Riski (LT-CRR) qiymətləndirilməsi üzrə reytinqi "Ba1" səviyyəsində təsdiqlənib. Agentlik öz hesabatında bankın keyfiyyətli kredit portfelinin olmasını, məcmu kapital adekvatlığının bankın güclü və dayanıqlı kapital resursları ilə dəstəklənməsini, o cümlədən aktivlərin effektiv idarə olunması ilə güclü gəlirlilik göstərcilərini müsbət məqamlar kimi qeyd edib.
"Standard & Poor"s (S&P)" agentliyinin 2 iyul 2024-cü il tarixində yayımladığı göstəricilərə gəldikdə isə Kapital Bank-ın uzun və qısamüddətli kredit reytinqləri "BB-/B" səviyyəsində təsdiqlənib. Bu, bankın güclü və sabit maliyyə imkanlarını, kredit portfelinin böyüməsini vurğulamaqla yanaşı, bankın gələcək perspektivlərinin də müsbət olduğunu göstərir. Agentlik xüsusilə növbəti 12-18 ay ərzində bankın ölkənin maliyyə sektorundakı mövqeyinin daha da güclənəcəyinə dair gözləntilərini vurğulayıb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
Necə Bitcoin almaq olar?
Evdə biznes qurmağın yolları
Dünyanın ən varlı 10 müğənnisi
İKEA şirkətinin tarixi