"Moody"s" və "S&P" Kapital Bank-ın reytinqlərini təsdiqləyib və bankın perspektivini müsbət qiymətləndirib
5 iyul 2024-cü il tarixində "Moody"s" beynəlxalq reytinq agentliyinin yayımladığı son hesabatda ölkənin uzunmüddətli kredit reytinqi proqnozu "sabit"dən "müsbət"ə yüksələrək "Ba1" səviyyəsində qiymətləndirilib və ölkənin makro iqtisadi göstəricisinin yüksəldiyi qeyd olunub.
Agentlik, həmçinin ölkənin birinci bankı Kapital Bank-ın yerli və xarici valyutada uzunmüddətli depozit reytinq proqnozunu "sabit"dən "müsbət"ə dəyişməklə "Ba2" səviyyəsində təsdiq edib.
Kapital Bank-ın Əsas Kredit (BCA) qiymətləndirməsi üzrə reytinqi "Ba3" səviyyəsində və Uzunmüddətli Kontragent Riski (LT-CRR) qiymətləndirilməsi üzrə reytinqi "Ba1" səviyyəsində təsdiqlənib. Agentlik öz hesabatında bankın keyfiyyətli kredit portfelinin olmasını, məcmu kapital adekvatlığının bankın güclü və dayanıqlı kapital resursları ilə dəstəklənməsini, o cümlədən aktivlərin effektiv idarə olunması ilə güclü gəlirlilik göstərcilərini müsbət məqamlar kimi qeyd edib.
"Standard & Poor"s (S&P)" agentliyinin 2 iyul 2024-cü il tarixində yayımladığı göstəricilərə gəldikdə isə Kapital Bank-ın uzun və qısamüddətli kredit reytinqləri "BB-/B" səviyyəsində təsdiqlənib. Bu, bankın güclü və sabit maliyyə imkanlarını, kredit portfelinin böyüməsini vurğulamaqla yanaşı, bankın gələcək perspektivlərinin də müsbət olduğunu göstərir. Agentlik xüsusilə növbəti 12-18 ay ərzində bankın ölkənin maliyyə sektorundakı mövqeyinin daha da güclənəcəyinə dair gözləntilərini vurğulayıb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. / marja.az

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
Bitkoin bahalaşıb - SON QİYMƏT
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
SWIFT nədir?
Fond birjası nədir?
Evdə biznes qurmağın yolları
Onlayn biznes növləri
IBAN nədir?