"Muğanbank" 2023-cü ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqladı
"Muğanbank" ASC 2023-cü ilin birinci rübü üzrə müsbət maliyyə nəticələrini elan edib.
Bankın yaydığı məlumatda bildirilir ki, "Muğanbank" ASC 2023-cü ilin birinci rübündə müsbət maliyyə nəticələrinə nail olmaqla sabit artım nümayiş etdirir. Bankın xalis mənfəəti 102,85 min manat təşkil edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın cəmi aktivləri əhəmiyyətli dərəcədə olmaqla, 11,65% artımla 739,82 milyon manat təşkil edib. bankın cəmi depozit portfelində də 31,51% artım qeydə alınaraq 428,02 milyon manata çatıb.
Məlumatda bildirilir ki, Bankın faiz gəlirləri 18,63% artaraq 10,70 milyon manat təşkil edib.
"Bu nəticələr bankın maliyyə bazarında sabitliyinin və davamlı artımının göstəricisidir, onun etibarlılığını və müştərilərin etimadını təsdiqləyir. "Muğanbank" ASC müştərilərinə yüksək keyfiyyətli maliyyə xidmətləri göstərmək üçün fəaliyyətini bundan sonra da inkişaf etdirəcək və göstəricilərini daha da yaxşılaşdırmağa çalışacaq",- məlumatda qeyd edilir.
"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir.

/ marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Yatırım olmadan necə biznes qurmaq olar?
Start-up nədir?
SMM nədir?
ZARA-nın uğur hekayəsi
5 liderlik göstəricisi