Müştәrilәrin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt İNDEKSİ
Azərbaycan Mərkəzi Bankı "2024-cü ilin iyul ayı üzrә bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksi"ni açıqlayıb.
Kateqoriyaların izahı:
– yuxarı şikayәt indeksi (hesablama nәticәsindә әldә olunan orta göstәricidәn yuxarı olan)
– orta şikayәt indeksi
– aşağı şikayәt indeksi (hesablama nәticәsindә әldә olunan orta göstәricidәn aşağı olan)
Qeyd:
– Yuxarıda qeyd olunan kateqoriya üzrә göstәriclәr şikәyәt sayı vә müştәri bazasına görә aylıq әsasda dәyişә bilәr;
– Cәdvәldә yer almayan banklar üzrә ay әrzindә Mәrkәzi Banka şikayәt daxil olmamışdır.
Şikayәt indeksinin metodologiyası: Banklar üzrә şikayәt indeksinin hesablanması üçün aşağıdakı düstürdan istifadә olunmuşdur:
Şikayət indeksi = Şikayətlər üzrə bazar payı/Müştərilər üzrə bazar payı
Şikayәtlәr üzrә bazar payı – Mәrkәzi Banka bir ay әrzindә daxil olan şifahi, yazılı vә vәtәndaş qәbulu üzrә şikayәtlәrin hәr bir bank üzrә sayının ümumi bank sektoru üzrә olan şikayәtlәrin sayına nisbәtidir. Tәkrar şikayәt, elәcә dә kredit üzrә güzәştlәrin verilmәsi, kredit istәnilmәsi vә Mәrkәzi Bankın sәlahiyyәtlәrinә aid olmayan digәr mövzularla bağlı şikayәtlәr hesablamadan istisna olunmuşdur.
Müştәrilәr üzrә bazar payı – cari hesab qalığı 100 manat vә yuxarı olan, habelә son üç ayda әn azı bir әmәliyyat aparmış bank müştәrilәrinin hәr bir bank üzrә olan sayının ümumi bank sektoru üzrә olan sayına nisbәtidir.
Şikayәt indeksinin izahı: İndeks hәr-hansı bank tәrәfindәn göstәrilәn maliyyә xidmәtlәrinin hәcmi vә әhatә dairәsi nәzәrә alınmaqla, hәmin bankın müştәri xidmәtlәri ilә bağlı Mәrkәzi Banka daxil olan şikayәtlәrin proporsionallığı prinsipi әsasında hesablanmışdır. / banker.az

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
ZARA-nın uğur hekayəsi
Az pulla hansı işi qurmaq olar?
McDonalds haqqında maraqlı faktlar
Swift nədir?