"Nargis" Fondu və "Bank Respublika" aztəminatlı ailələrə bayram sovqatı təqdim etdi

®"Nargis" Fondu Yeni il bayramı ərəfəsində respublikamızın aparıcı banklarından biri olan və daim xeyriyyəçiliyə töhfəsini verən "Bank Respublika"nın dəstəyi ilə növbəti xeyriyyə aksiyası həyata keçirib. Belə ki, aksiya çərçivəsində Fond tərəfindən qeydiyyata alınmış Bakı və ətraf qəsəbələrdə yaşayan aztəminatlı ailələr bir aylıq ərzaq məhsulları ilə təmin edilib.
"Bayramlar paylaşdıqca gözəldir!" şüarı ilə keçirilən aksiyanın əsas məqsədi, Yeni il bayramı öncəsi ehtiyacı olan şəxslərə dəstək olmaq, onlara bayram sevinci yaşatmaqdır.
 "Nargis" Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə 2012-ci ildə Ülviyyə Mahmud tərəfindən təsis edilib və 2013-cü ildən etibarən aktiv fəaliyyət göstərməkdədir. Fondun dəstəyi ilə Azərbaycan Respublikasının müxtəlif yerlərində yaşayan ağır xəstəliklərdən əziyyət çəkən yüzlərlə uşaq yenidən sağlamlığa qovuşub. Eyni zamanda Fond tərəfindən müxtəlif social layihələr həyata keçirilir, o cümlədən aztəminatlı ailələrə dəstək məqsədilə müxtəlif aksiyalar və xeyriyyə tədbirləri təşkil olunur.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın beş aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutlarından biri olan – Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə – "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody"s) malikdir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 29 dekabr 2022

Oxşar xəbərlər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə


iqtisadi xeberler dollarin kursu bu gun 1000 manatla biznes emlak xeberleri leobank kart