Naxçıvan Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatları arasında görüş keçirilib

Naxçıvan Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatları arasında görüş keçirilibMartın 4-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatları arasında görüş keçirilib.
Naxçıvan  İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, görüşdə Nazirliyin rəhbərliyi, Sahibkarlığın İnkişafı Fondunun və müvəkkil bankların filial üzrə rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.
Naxçıvan Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatları arasında görüş keçirilibNaxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov 2024-cü ildə iqtisadi sahədə baş verən dəyişikləri və əldə olunan nəticələri diqqətə çatdırıb, Naxçıvanın biznes mühitinin yaxşılaşdırılması, sahibkarların maliyyə əlçatanlığına rahat və sistemli çıxışının təmin edilməsi, vergi inzibatçılığının, əmək münasibətlərinin təkmilləşdirilməsi və digər sahələrdə reallaşdırılan tədbirlərin özəl sektorun inkişafına yeni imkanlar yaratdığını bildirib.
Abbas İsmayılov müvəkkil kredit təşkilatlarından gözləntilər barədə məlumat verib, real sektorun inkişafının təmin edilməsi baxımından güzəştli kreditlərin verilməsində prioritet layihələrə üstünlük verilməsinin  zəruriliyini vurğulayıb.
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin Sədri Vüsal Novruzov Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətindəki yeniliklər barədə məlumat verib, SİF-in 2024-cü il ərzində fəaliyyətinə və 2025-ci ildə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətlərinə dair təqdimat keçirib.
Görüş zamanı fərqlənən müvəkkil kredit təşkilatları müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. "İri layihələrin maliyyələşməsində göstərdiyi dəstəyə  görə" Azərbaycan Beynəlxalq Bankı ASC, "Sayca ən çox sahibkara göstərdiyi maliyyə dəstəyinə görə" Aqrarkredit QSC, "Sahibkarlığa genişmiqyaslı dəstəyinə görə" Bank Respublika ASC, "Sahibkarlığın maliyyələşdirilməsi sahəsində uzunmüddətli əməkdaşlığa görə" Kapital Bank ASC təltif edilib. 
Görüşdə Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları ilə güzəştli kredit əldə etmək istəyən sahibkarlar arasında daha sıx əlaqələrin yaradılması imkanları müzakirə olunub, təkliflər dinlənilib.
Naxçıvan Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatları arasında görüş keçirilibNaxçıvan Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatları arasında görüş keçirilibNaxçıvan Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatları arasında görüş keçirilibNaxçıvan Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatları arasında görüş keçirilib/ marja.az

Banklar     Tarix: 04 mart 2025

Oxşar xəbərlər

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler biznes xeberleri bitkoin online pul qazanmaq avtomobil xeberleri