"Naxçıvanbank"ın yenilənən xidmətləri
®Ölkənin yeganə regional bankı olan Naxçıvanbank regionda və paytaxt Bakı şəhərində müştərilərinə yüksək keyfiyyətli fərdi və korporativ bank xidməti göstərir.
Müsair dizaynda təmir olunmuş Baş Ofis və filiallarımız müştərilərimizin rahatlığı üçün geniş bank xidmətləri təklif etməkdədir. Həmçinin əsaslı təmir işləri davam edən Naxçıvan və Culfa filiallarımız yeni ildən etibarən müştərilərin istifadəsinə veriləcəkdir. Bununla da demək olar ki, bütün filiallarımız müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkan və şəraitə malik olacaqdır.
Eyni zamanda xidmət keyfiyyətinin artırılması məqsədilə yeni nəsil (Cash-In və Recycler ATM) bankomat və ödəniş terminalları istifadəyə verilərək müştərilərimizin kommunal, rabitə, büdcə, təhsil haqqı və s. ödənişlərini rahat şəkildə həyata keçirilməsi təmin olunmuşdur. Hazırda 50 ədəd bankomat, 99 ədəd ödəniş terminalları müştərilərin istifadəsindədir.
Yeni ildən etibarən bankın əməliyyat sistemində edilən yeni dəyişiklik sayəsində xidmət keyfiyyəti daha da yüksəldiləcək, həmçinin Mobil tətbiq və yenilənmiş İnternet Bankçılıq müştərilərin istifadəsinə veriləcəkdir.
Geniş bank xidmətləri təklif edən bankımız sərfəli kredit məhsulları da təqdim etməklə, 2022-ci ili yüksək mənfəət və keyfiyyətli kredit portfeli ilə başa vurmuşdur.
Qeyd edək ki, müştərilər məhsul və xidmətlərimizlə bağlı 1185 Çağrı Mərkəzinə zəng etməklə və ya www.naxcivanbank.az saytına daxil olmaqla ətraflı məlumat əldə edə bilərlər.

/ banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
McDonalds haqqında maraqlı faktlar
Necə Bitcoin almaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İban nədir?
Biznes nədir?