Naxçıvanın bank sektorundakı vəziyyət açıqlandı - CƏMİ 911 MÜŞTƏRİ BANKA ƏMANƏT QOYUB

Naxçıvanın bank sektorundakı vəziyyət açıqlandı - CƏMİ 911 MÜŞTƏRİ BANKA ƏMANƏT QOYUBAzərbaycan Mərkəzi Bankı Naxçıvan Muxtar Muxtar Respublikası İdarəsi 30 noyabr 2022-ci il tarixinə muxtar respublkanın bank sektoru barədə əsas göstəriciləri açıqlayıb.
Marja.az-ın məlumatına görə, Naxçıvanda 7 bankın (Beynəlxalq Bank, Kapital Bank, Naxçıvanbank, Bank Respublika, AccessBank, Rabitəbank, Azər-Türk Bank) filial və şöbələri fəaliyyət göstərir. Həmçinin "Aqrarkredit"in və "FİNCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatının Naxçıvanda filialı mövcuddur.
Noyabr ayının sonunda, Naxçıvanda bank müştəri hesablarının sayı 240 min 220 təşkil edib. O cümlədən, müştəri hesablarının 56 min 441-i kredit, 911-i əmanət (depozit) hesabı olub. 2021-ci ilin avqust ayında 21 min 859 olmuş kredit hesablarının sayı həmən ilin sentyabr ayında 58 min 714-ə yüksəlmiş, sonrakı dövrdə bir qədər azalmışdır.
30 Noyabr 2022-ci il tarixində Naxçıvanda fəaliyyət göstərən banklardakı müştəri hesablarının 2 min 221-i hüquqi şəxslərə, 237 min 999-u fiziki şəxslərə məxsus olub. 2022-ci ilin 11 ayı ərzində 54 min 504 yeni hesab açılıb ki, onların da 179-u hüquqi şəxslərə, 34 min 325-i fiziki şəxslərə məxsus olub.
465 min nəfərdən çox əhalinin qediyyatda olduğu Naxçıvanda fiziki şəxslərin cəmi əmanətləri 13 milyon 559,4 min manat, o cümlədən milli valyutadakı əmanətlər 12 milyon 748 min manat, xarici valyutadakı əmanətlər 811,4 min manat təşkil edib. Noyabrda cəmi əmanətlər azalıb. Belə ki, Oktyabr ayının sonunda cəmi əmanətlər 14 milyon 14,2 min manata çatmışdı.
30 Noyabr 2022-ci il tarixində Naxçıvanda cəmi kredit qoyuluşu 252 milyon 442,5 min manat təşkil edib. O cümlədən, kreditlərin 200 milyon 760,9 min manatı istehlak kreditləri olub.
Qeyd edək ki, 1 noyabr 2022-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 2358 nəfər artaraq 465 min 194 nəfər olmuşdur.
Naxçıvanın bank sektorundakı vəziyyət açıqlandı - CƏMİ 911 MÜŞTƏRİ BANKA ƏMANƏT QOYUBNaxçıvanın bank sektorundakı vəziyyət açıqlandı - CƏMİ 911 MÜŞTƏRİ BANKA ƏMANƏT QOYUB

Banklar     Tarix: 23 dekabr 2022

Oxşar xəbərlər

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı


iqtisadi xeberler biznes xeberleri dollar mezenne dollarin kursu bu gun birbank