"Neftin qiyməti azalacağı halda belə Azərbaycan iqtisadiyyatı daha müstəqil və güclü ola bilər"

Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) baş katibi Aristotelis Spiliotsin müsahibəsi
- Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanla əməkdaşlığı necə dəyərləndirir?
- Azərbaycan bizim üzv dövlətlərimizdən biridir. Qara Dəniz Ticarət və İnkişaf Bankına üzv olan dövlətlərin hökumətləri ilə əməkdaşlıq edərək, bütün ölkələr üçün xüsusi və spesifik strategiya həyata keçirməyə, ölkənin prioritetlərini dəstəkləməyə çalışırıq. Hesab edirəm ki, əməkdaşlığımız ötən illər ərzində kifayət qədər uğurlu olub. Ümid edirəm ki, gələcəkdə Azərbaycanda maliyyələşmə həcmini daha da artıracağıq. Biz həmçinin Azərbaycan iqtisadiyyatının diversifikasiyasına dəstək göstərməyə çalışırıq. Bununla yanaşı, qeyri-neft sənayesi sahələrində, yəni, müxtəlif sektorlarda müvafiq inkişaf layihələrini tapmağa çalışırıq.
- Koronavirus "COVID-19" pandemiyası Azərbaycan iqtisadiyyatına necə təsir göstərib?
- Pandemiya bütün dünya ölkələri kimi Azərbaycan iqtisadiyyatına da təsir edib. Buna baxmayaraq, pandemiyadan sonra, hazırda dünyada neft və qazın qiymətlərində kəskin artım yaşanır. Bu, isə Azərbaycan üçün gözəl nəticədir.Lakin dünya bazarlarında neft və qazın qiyməti hər zaman belə olmayacaq. Bu vəziyyət hazırda yaşanır və mən hesab edirəm ki, bu, neft sənayesindən gələn əlavə gəlirləri necə ehtiyatda saxlamağın yaxşı nümunəsidir. Diversifikasiyaya nail olmaq üçün iqtisadiyyatın digər sahələrinə dəstək olmaq vacibdir. Neftin qiymətinin yenidən azaldığı vaxtlar gəldiyi zaman Azərbaycan iqtisadiyyatı daha müstəqil, daha güclü ola bilər. Bu istiqamətdə bizim dəstəyimiz ola bilər.
- Hazırda dünyada Rusiya-Ukrayna münaqişəsinə görə ərzaq tədarükündə sıxıntılar yaşanır. Qara Dəniz Ticarət və İnkişaf Bankı bu istiqamətdə Azərbaycana və digər Cənubi Qafqaz ölkələrinə dəstək göstərməyi nəzərdən keçirirmi?
- Azərbaycan, Gürcüstan, Ermənistan banka üzv olan ölkələrdir. Biz investisiya yatırmağa və müvafiq layihələr tapmağa çalışacağıq. Biz həmçinin bu ölkələr arasında sərhədlərarası layihələrin həyata keçirilməsinə kömək etməyə çalışacağıq. Hazırda Ukrayna və Rusiyada vəziyyət gərgindir. Biz bilmirik ki, vəziyyət nə zaman yaxşılaşmağa doğru gedəcək.
- Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda gələcəkdə hansı layihələrə dəstək göstərəcək?
- QDTİB-ə üzv olan ölkələrə dəstəyi həmin ölkələrdəki vəziyyətdən aslıdır. Bəzən bir ölkədə daha çox layihələrin maliyyələşdirilməsinə ehtiyac olur, digər ölkələrdə isə daha az. Ümumiyyətlə, müxtəlif ölkələr arasında tarazlığı saxlamağa çalışırıq. Bankın və digər maliyyə institutlarının kifayət qədər maliyyəsi var. Əsas sual vəsaitlə bağlı deyil, əsas məsələ müvafiq dövlət və özəl sektorları əhatə edən layihələrin tapılması və hazırlanması, iqtisadiyyatı diversifikasiya etmək, insanların rifahını yaxşılaşdırılmasına dəstək göstərməkdir.
Azərbaycanda bizim xüsusi dəstək göstərdiyimiz bir sektorumuz yoxdur. Biz müxtəlif sektorlara investisiya yatıra bilərik. Bununla yanaşı, biz çalışırıq qeyri-neft sahəsində olan layihələrə dəstək göstərək. Çünki, hesab edirik ki, neft sektorunda kifayət qədər vəsait var və bu sahənin bizə ehtiyacı yoxdur. Hesab edirik ki, biz ölkənin diversifikasiya istiqamətində əsas prioritetlərinə dəstək göstərə bilərik. Bununla bağlı, elə iyunun 24-də Bakıda Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında biznes-forum keçirilib. Forumun əsas məqsədi Azərbaycan kimi zəngin mənbələrə malik ölkələrin iqtisadiyyatlarının diversifikasiyasını təşviq etmək idi.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report /marja.az

Banklar     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler valyuta kurslari leobank kart internetden pul qazanmaq 1000 manatla biznes