Ölkənin birinci bankı cəmi gəlirlilik üzrə 2025-ci ilin lideridir: 1.88 mrld

Ölkənin birinci bankı cəmi gəlirlilik üzrə 2025-ci ilin lideridir: 1.88 mrld®Ölkənin birinci bankı Kapital Bank 2025-ci il üçün maliyyyə hesabatını təqdim edib. 31 dekabr 2025-ci ilə aid hesabata görə bankın cəmi gəlirləri 2024-cü illə müqayisədə 27,6% artaraq 1 milyard 881 milyon 674 min manata çatıb. Bu nəticə ilə bank maliyyə bazarında rəqiblərini geridə qoyaraq banklar arasında lider mövqeyini qoruyub. Eyni zamanda son 3 ilin ən yüksək artım tempinə nail olub. Qeyd edək ki, ötən il bu göstərici 1 milyard 474 milyon 908 min manat olub. Məcmu gəlirlərin artması həm faiz, həm də qeyri-faiz gəlirlərindəki yüksəlişlə bağlıdır. Belə ki, 2025-ci ildə bankın faiz gəlirləri 38,8% artım nümayiş etdirərək 1 milyard 180 milyon 81 min manata çatıb. 2024-cü ildə bu göstərici 850 milyon 258 min manat təşkil edib. Qeyri-faiz gəlirlərində isə 12,3% artım müşahidə olunub: 2024-cü ildə 624 milyon 651 min manat həcmində olan bu göstərici 2025-ci ildə 701 milyon 592 min manata yüksəlib.  
Bankın xalis mənfəətində isə son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb. Belə ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkənin birinci bankı 315 milyon manat  xalis mənfəət əldə edib. Bu, bankın  2024-cü ildə qazandığı 186 milyon 501 min manat xalis mənfəətdən 68,9% daha çoxdur. 
Bankın kredit portfeli 4% artaraq 5 milyard 419 milyon 985 min manata çatıb. Bu göstərici 2024-cü ildə 5 milyard 211 milyon 207 min manat təşkil edib. Artıma daha çox istehlak və biznes kreditləri səbəb olsa da, göstəricinin əsas hissəsi istehlak kreditlərinin payına düşüb.  
Ötən il cəmi depozit portfeli 8 milyard 288 milyon 654 min manat təşkil edib. 2024-cü illə müqayisədə bankın depozit portfelində 7,7% azalma müşahidə olunub. 2025-ci ildə hüquqi şəxslərin depozitləri 5 milyard 151 milyon 830 min manat təşkil etdiyi halda, fiziki şəxslərin depozitləri 20,9% artaraq 3 milyard 136 milyon 823 min manata çatıb. 
2025-ci ilə bankın kapitalı da 27% artıb. 2024-cü ildə bu göstərici 927 milyon 943 min manat təşkil etdiyi halda, ötən il 1 milyard 178 milyon 338 min manata çatıb. Qeyd edək ki, bankın kapitalı sistem əhəmiyyətli banklar üçün tələb olunan minimum 12,5%-lik normanı üstələyərək 14,14% təşkil edib.
2025-ci ilə ölkənin birinci bankının I dərəcəli kapitalının adekvatlıq əmsalı da yüksələrək 9,86% təşkil edib. Bu isə bankın nüfuzunu artıran və maliyyə dayanıqlılığını təmin edən əhəmiyyətli faktordur. Bu, bankın güclü maliyyə dayanıqlılığını təmin etməklə yanaşı, risklərin idarə edilməsi istiqamətində bütün müştərilər üçün mükəmməl resurslara sahib olduğunun göstəricisidir. 
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – .  / banker.az

Banklar     Tarix: 15 yanvar 2026

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy


iqtisadi xeberler valyuta xeberleri bitcoin qiymeti investisiya bitkoin almaq