Ötən il "Kəpəz" BOKT-un borcları artıb
"Kəpəz" BOKT MMC 2022-ci ili 772 min 511 manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə BOKT-un mənfəəti 42 min 659 manat olub ki, bu da aylıq müqayisədə 18 dəfə artım deməkdir.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il "Kəpəz" BOKT-un faiz gəlirləri 2 milyon 531 min manat (əvvəlki ilə nisbətən 2.4 dəfə artım, faiz xərcləri 639 min manat (əvvəlki ilə nisbətən 2.2 dəfə çox) təşkil edib.
Bu ilin yanvarın 1-nə "Kəpəz" BOKT-un cəmi aktivləri 8 milyon 146 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 59.4% artımdır. Bunun 6 milyon 927 min manatı müştərilərə verilmiş kredit və avanslardır.
Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 3 milyon 818 min manatdan 6 milyon 79 min manata, cəmi kapitalı isə 1 milyon 294 min manatdan 2 milyon 67 min manata çatıb.
2022-ci ildə BOKT-un cəlb etdiyi müddətli borc öhdəlikləri 2021-ci ilə nisbətən 28 dəfə və artaraq 1 milyon 571 min manat olub.

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Start-up nədir?
Milyonlar qazandıran qəribə biznes ideyaları