Özbəkistan "Mir" kartlarına xidməti bərpa etməyi planlaşdırmır
Özbəkistanın kommersiya bankları Rusiyanın "Mir" kartlarının qəbulunu bərpa etməyə hazır deyil. Bunu Səmərqənddə keçirilən iqtisadi forumun kuluarlarında ölkənin Mərkəzi Bankının idarə heyətinin sədri Mamarizo Nurmuratov deyib.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
Sentyabrın 23-də ölkənin vahid bank prosessinq mərkəzi olan "Uzcard" "Mir" kartlarına xidmətin texniki səbəblərə görə dayandırıldığını elan edib.
Sentyabrda ABŞ Maliyyə Nazirliyi "Mir" kartlarına xidmət göstərən xarici bankları sanksiyalarla hədələyib. Bundan sonra Rusiyanın ödəniş sisteminə təkcə Özbəkistan deyil, Şri-Lanka, Türkiyə və Qırğızıstan da xidmət göstərməkdən imtina edib.

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İnstaqramda biznes qurmağın yolları
Ən bahalı otellər hansılardır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Biznes qurmaq üçün nə lazımdır?