"ParaBOKT"da Əmanətlərin Sığortalanması Fonduna ötürülmüş kredit üzrə yenilik

"ParaBOKT" ASC-ninkredit portfelinin Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) ötürülmüş hissəsi üzrə ödəniş üsulu imkanları genişləndirilib. 
ƏSF-dən Marja.az-a verilən məlumata görə, bu portfelə aid olan borcalanlar kredit ödənişlərini ölkə üzrə geniş xidmət şəbəkəsinə malik "MilliÖn" ödəniş terminalları və mobil tətbiqi vasitəsilə də həyata keçirə bilərlər.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Ödəniş infrastrukturunun genişləndirilməsi borcalanlara göstərilən xidmətlərin daha əlçatan, rahat və çevik şəkildə həyata keçirilməsinə şərait yaradır. Qeyd edək ki, "MilliÖn" ödəniş sistemi ölkənin bütün inzibati ərazi vahidlərini əhatə edən terminallar şəbəkəsinə və mobil tətbiqə malikdir. Bu imkanlar borcalanlara kredit ödənişlərini həm terminallar vasitəsilə, həm də onlayn platforma üzərindən günün 24 saatı, həftənin 7 günü, istənilən yerdən rahat və növbəsiz şəkildə həyata keçirməyə şərait yaradır.
Məlumat üçün bildiririk ki, ödənişlərin həyata keçirilməsi qaydası aşağıdakı kimidir:
·         "MilliÖn" terminalında və ya mobil tətbiqdə bölməsinə daxil olun;
·         Siyahıdan Əmanətlərin Sığortalanması Fondunu - ADİF subbölməsini seçin;
·         Müvafiq xanaya FİN kod və ya VÖEN daxil edin;
·         Siyahıdan "ParaBOKT" ASC-ni seçin (habelə hesabınızı);
·         Ödəniş məbləğini təsdiqləyərək əməliyyatı tamamlayın.
Borcalanlar bilməlidir ki, "MilliÖn" vasitəsilə edilən ödənişlər real vaxt rejimində sistemdə əks olunur, bu da ödəniş prosesinin sürətli və etibarlı şəkildə icra edilməsinə imkan verir.
Əlavə olaraq qeyd edək ki, "ParaBOKT" ASC-nin sözügedən borcalanları kredit ödənişlərini "Azərpoçt" MMC-nin ölkə üzrə xidmət şəbəkəsi vasitəsilə də həyata keçirə bilərlər. Belə ki, "Azərpoçt" filial və şöbələrinə yaxınlaşaraq ödəniş etdikləri bankın adını və öz şəxsiyyət vəsiqələrini, fərdi identifikasiya nömrəsini (FİN) təqdim etməklə Manat, ABŞ dolları və Avro valyutalarında kredit ödənişlərini həyata keçirə bilərlər
Əmanətlərin Sığortalanması Fondu "ParaBOKT" ASC-nin həmin borcalanları üçün göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması, eləcə də ödəniş üsulu imkanlarının təkmilləşdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcəkdir.

Banklar     Tarix: 21 oktyabr 2025

Oxşar xəbərlər

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler bitkoin almaq dollar manat kursu internetden pul qazanmaq biznes xeberleri