"PAŞA Bank" biznes müştərilərinə "Tarifim" məhsulu ilə yeni imkanlar təqdim edir
®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" kiçik və orta biznes sahiblərini dəstəkləmək və müştəri təcrübəsini təkmilləşdirmək istiqamətində təşəbbüslərini davam etdirir.
Bank kiçik və orta biznez seqmenti üçün təqdim etdiyi "Tarifim" məhsulunu yeni imkanlarla zənginləşdirib. İndiyə qədər ölkədaxili köçürmələr, beynəlxalq köçürmələr və valyuta mübadiləsi üzrə planlama və endirimli tariflərdən yararlanan sahibkarlar, artıq əməkhaqqı layihəsini də "Tarifim" vasitəsilə idarə edə biləcəklər.
Yeni imkan sayəsində biznes sahibləri 12 aylıq müddət ərzində əməkhaqqı ödənişlərinin məbləğini və əməkhaqqı kartlarının sayını əvvəlcədən planlayaraq, bu xidmətlərdən daha sərfəli şərtlərlə faydalana biləcəklər. Əməkhaqqı layihəsinə "Tarifim" ilə qoşulan bizneslər əlavə olaraq pulsuz korporativ biznes kartı və əməkhaqqı kartları da əldə edəcəklər.
Qeyd edək ki, "Tarifim" sahibkarlara planlı maliyyə idarəçiliyi imkanı yaradan innovativ məhsuldur. Müştəri əvvəlcədən planladığı köçürmə və əməliyyat həcmləri üzrə paketi 60%-dək endirimli komissiya ilə əldə edir və seçdiyi dövr ərzində həmin əməliyyatları sərfəli tariflərlə icra edir. Məhsulun əsas üstünlükləri standart tariflərlə müqayisədə endirimli qiymət, ödənişləri əvvəlcədən planlamaq imkanı və sahibkarın öz biznesinə uyğun fərdi tarif paketi yaratmaq imkanından ibarətdir.
Sərfəli köçürmələrdən yararlanmaq istəyən sahibkarlar linkə keçid edərək ətraflı məlumat əldə edə bilərlər:
"PAŞA Bank" sahibkarların maliyyə əməliyyatlarını daha rahat, çevik və sərfəli etmək üçün məhsul və xidmətlərini yeniləməkdə davam edir. Bank 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə "International Investor" və "Euromoney" beynəlxalq nəşrləri tərəfindən "Azərbaycanın ən yaxşı bankı" elan edilib, həmçinin "Stevie Awards" tərəfindən "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatı qazanan ilk Azərbaycan bankı olub. Bundan başqa, "PAŞA Bank" bu il "Global Finance" nəşri tərəfindən təqdim edilən "World"s Best Private Banks 2025" mükafatlarının qaliblərindən biri olaraq tanınıb. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Shopify-da necə satışa başlamaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyada ən çox oxunan 5 kitab
Milyonlar qazandıran qəribə biznes ideyaları
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?