"PAŞA Bank" dünyanın ən böyük aviaşirkətlərindən biri "Türk Hava Yolları" ilə eksklüziv əməkdaşlığının müddətini uzatdı

®Ölkənin aparıcı korporativ bankı "PAŞA Bank" dünyanın ən böyük aviaşirkətlərindən biri olan "Türk Hava Yolları" ilə eksklüziv əməkdaşlığını uzatmaq məqsədilə yeni müqaviləyə imza atıb.
Belə ki, "PAŞA Bank" 2019-cu ildə ölkədə ilk dəfə olaraq "Türk Hava Yolları" ilə ko-brendinq formatında "Miles&Smiles" kartlarını müştərilərin ixtiyarına vermişdir. Bu məhsulun bazara çıxarılması "PAŞA Bank"ın ölkədə nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin genişləndirilməsinin dəstəklənməsi hədəfləri çərçivəsində həyata keçirilmişdir.
Bu kart sahibləri ticarət və xidmət obyektlərində ödənişləri nağdsız həyata keçirmək, mil qazanmaq və toplanan milləri "Türk Hava Yolları"nın və "Star Alliance" üzvlərinin bir çox uçuş istiqamətləri üzrə aviabiletə çevirmək imkanı əldə edir. Milləri nəinki ölkədaxili, həmçinin ölkəxarici ödənişlərdən də toplamaq mümkündür. Həmçinin, müştəri bankın partnyor şəbəkəsində "Miles&Smiles PAŞA Bank" kartı ilə ödəniş zamanı əlavə millər qazanmaq şansı da əldə edir.
Bundan başqa, kartların müxtəlif üstünlükləri vasitəsilə müştərilər öz səyahətlərini daha da asanlaşdırmağa da nail olmuşlar. Kartların əsas üstünlüklərinə isə aiddir:
– Yeni müştərilərə "xoş gəldin" milləri təqdim olunur;
– Ad günü, ondan əvvəlki və sonrakı günlərdə ikiqat millər qazanmaq olar;
– Çatbot konsyerj xidmətindən istifadə;
– Kartların onlayn sifarişi və ünvanadək pulsuz çatdırılması;
– Toplanan millərin "PAŞA Bank" mobil tətbiqi vasitəsilə asanlıqla izlənilməsi;
– Millərin "THY"nin mobil tətbiqindən rahatlıqla uçuş biletinə çevrilməsi;
– "Lounge Key" biznes zallarına pulsuz giriş imkanı;
– Partnyorların 1000-dən çox satış nöqtəsində əlavə millər qazanmaq mümkündür;
– "Fast track" xidmətindən yararlanmaq olar;
– Səyahət sığortası;
– Pulsuz "Acıbadem" kartı ilə müxtəlif imtiyazlardan yararlanmaq mümkündür;
– İstənilən zaman bilet əldə etmək və milləri 3 ilə istifadə etmək imkanı təqdim olunur;
– Hava limanından pulsuz transfer xidməti və s.
Təsadüfi deyil ki, məhsul istifadəyə verildikdən bir çox istifadəçi topladığı milləri dəyişərək müxtəlif istiqamətlərə uçuş biletləri əldə etmişdir.
Kartların digər üstünlükləri, tarifləri haqqında ətraflı məlumat əldə etmək isə üçün buraya keçid etmək olar: miles.pashabank.az / banker.az

Banklar     Tarix: 29 dekabr 2022

Oxşar xəbərlər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə


iqtisadi xeberler dollarin kursu bu gun 1000 manatla biznes emlak xeberleri leobank kart