"PAŞA Bank" fərdi sahibkarlar üçün yeni rəqəmsal biznes kartını təqdim edib
®Azərbaycanın aparıcı korporativ bankı "PAŞA Bank", fərdi sahibkarlar üçün yeni rəqəmsal biznes kartını təqdim edib.
Belə ki, özündə ənənəvi korporativ kartın funksiyalarını əks etdirən kartı tamamilə ödənişsiz və cəmi 1 iş gününə əldə etmək mümkündür. 5 il müddətinə təqdim olunan rəqəmsal biznes kartını müştərilər onlayn bankda və "PAŞA Biznes" mobil tətbiqində rahatlıqla istifadə edə bilərlər. Həmçinin "PAŞA Biznes" tətbiqində kartın PİN-kodunu asanlıqla təyin etmək olar.
Əlavə olaraq, rəqəmsal biznes kartını "Apple Pay" və ya "Google Pay" elektron pul qabına əlavə edərək müştərilər sürətli biznes ödənişlərindən yararlana bilərlər.
Qeyd edək ki, yaxın zamanda "PAŞA Biznes" mobil tətbiqində rəqəmsal biznes kartından digər kartlara köçürmələr də mümkün olacaq. Rəqəmsal biznes kartını istənilən zaman, tamamilə ödənişsiz və onlayn sifariş etmək mümkündür.
Ətraflı məlumat üçün: / banker.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Ev şəraitində pul qazanmağın yolları
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən zəngin idmançıları
Proqramçılar üçün TOP-5 Freelance sayt