"PAŞA Bank" gənc istedadların inkişafına dəstək verir
®Sosial məsuliyyətli korporativ vətəndaş kimi "PAŞA Bank" Azərbaycan-Fransa Ticarət Palatası və "Teach for Azerbaijan" təşkilatı ilə birgə "Gənc yazıçılar" adlı sosial layihəyə start verib.
1 avqust 2025-ci ildən icrasına başlanan layihə həssas qruplara aid uşaqların hekayəçilik və özünüifadə bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. "Təmiz Dünya" sığınacağında yaşayan 30 uşağa yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq, düşüncə və hisslərini sərbəst ifadə etmək üçün təhlükəsiz və dəstəkverici mühit yaradılır.
Proqram çərçivəsində yazı seminarları və nağıl terapiyası sessiyaları, emosional intellekt və incəsənət terapiyası fəaliyyətləri, uşaqların hekayələrinin peşəkar redaktəsi, tərcüməsi, illüstrasiyası və nəşri nəzərdə tutulur.
İki ay davam edəcək təlimlərdən sonra bir ay ərzində hekayə toplusu hazırlanacaq və xüsusi dizayn edilmiş kitab şəklində çap edilərək kənd yerlərindəki uşaq bağçalarına hədiyyə ediləcək. Bu kitab ölkənin müxtəlif bölgələrindəki uşaqlar üçün ilham mənbəyinə çevriləcək.
"PAŞA Bank" üçün uşaqların yaradıcılıq potensialını üzə çıxarmaq, özünəinamlarını gücləndirmək və gələcəyə ümidlərini möhkəmləndirmək korporativ sosial məsuliyyət strategiyasının mühüm istiqamətidir. Bank bu sahədə fəaliyyətini davam etdirmək niyyətindədir.
/ banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən varlı 10 müğənnisi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
McDonalds haqqında maraqlı faktlar
Bill Qeyts kimdir?